Qırğızıstan Prezidenti yanında Dövlət Dili Komissiyası Yunus Oğuza fərxi fərman verdi
Qırğızıstanda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun qırğız dilində işıq üzü görən "Temirlan" və Eqemberdi Ermatovun "Məhəmməd Peyğəmbər" kitablarının təqdimat mərasimi keçirilib. Bu barədə məlumatı Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib. Bildirib ki, yüksək səviyyəli təqdimat mərasimində Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov, bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmiləri, millət vəkilləri, ziyali və alimlər iştirak ediblər: "Təqdimat mərasimində çıxış edənlər hər iki kitabın əhəmiyyətindən danışıblar. Çıxışlardan sonra Yunus Oğuza Qırğızıstan Prezidenti yanında Dövlət Dili Komissiyasının fəxri fərmanı təqdim olunub".
Qeyd edək ki, hər iki kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun xətti ilə tərcümə edilərək nəşr olunub.