Qırğızıstanda səfərdə olan yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğus bu ölkənin Milli Yazıçılar İttifaqının üzvü seçilib. Bu barədə məlumat verən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, Yunus Oğuza Qırğızıstan Milli Yazıçılar İttifaqının vəsiqəsi və döş nişanı təqdim olunub.
Məlumat üçün qeyd edək ki, Yunus Oğuz müəllifi olduğu "Əmir Teymur zirvəyə doğru" və "Əmir Teymur dünyanın hakimi" kitablarının qırğız dilinə tərcümə edilmiş və "Temirlan" adı altında çap olunmuş kitabının təqdimat mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib. Yazıçının kitabı Qırğızıstan Prezidentinin Rezidensiyasında baş tutub. Nazirlər və komitə rəhbərləri, millət vəkilləri, ziyalı və alimlərin qatıldığı təqdimat mərasimində Qırğızıstanın birinci xanımı da iştirak edib. Kitab bu ölkədə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə çap olunub.