Martın 19-da Novruz bayramı münasibətilə Milli Parkda dövlət səviyyəsində bayram tədbirinin və ümumxalq gəzintisinin təşkil olunması münasibətilə və bu tədbirlərin yüksək səviyyədə qeyd edilməsi məqsədilə saat 22.00-da möhtəşəm atəşfəşanlıq olacaqdır.
Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti bir daha bildirir ki, İlaxır çərşənbə günü - martın 15-də saat 19.00-da Heydər Əliyev Sarayının arxasında Azərbaycan Dövlət Milli Dram Teatrının qarşısındakı ərazidə yeni salınmış Şəhər Mərkəzi Parkında bayram karvanı ilə "Atəşgah"dan gətirilmiş odla tonqal alovlandırılacaq, konsert və atəşfəşanlıq olacaqdır.
Bakı Şəhər İcra Hakimiyyəti