PDF Oxu

Sosial

  • 65

Gənclərin növbəti qələbəsi

Gənclərin növbəti qələbəsi

YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin üzvü Respublika Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 7-ci qrand müsabiqəsinin qalibi oldu

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 7-ci qrand müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı YAP Binəqədi rayon təşkilatının gənclər birliyi tədbir keçirib. Layihənin yekununa həsr olunmuş tədbirdə YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva və rayon gənclər və idman idarəsinin əməkdaşı Ülviyyə Usubova iştirak ediblər.

S.Abdullayeva gəncliyin böyük və yenilməz qüvvə olduğunu bildirdi: "Böyük həyat coşqusu, bitib-tükənməyən enerjiləri, qurub-yaratmaq sevgisi və maraqlı fikirləri ilə hər zaman fərqlənən, yaşıdlarına nümunə olan gənclər qürur yerimizdir. Məhz Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının iqtisadiyyat və inzibati idarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Rübabə Eyvazovanın Respublika Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 7-ci qrand "Turizm fotomüsabiqəsi" layihəsinin qalibi olması bir daha onun istedadlı, yüksək intellektual biliyə malik olduğunu təsdiqləyir".

S.Abdullayeva onu da bildirib ki, rayon gənclər təşkilatının fəal üzvlərindən olan R.Eyvazova işgüzarlığı və geniş ictimai fəaliyyəti ilə seçilib: "Rübabə Eyvazova orta məktəb illərindən yaxşı oxumaqla bərabər maraqlı fikir və ideyaları ilə fəal ictimaiyyətçi kimi tanınan bu gülərüz qız səmimi və mehriban rəftarı, ədəbli davranışı ilə də müəllim və şagird kollektivinin sevimlisi olmuş, sayılıb seçilən şagird kimi valideynlərinə baş ucalığı gətirmişdir. Məhz bu keyfiyyətlərdir ki, o, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 7-ci qrand müsabiqəsində "Turizm fotomüsabiqəsi" layihəsinin qalibi oldu. Bu, bizləri də sevindirir".

S.Abdullayeva R.Eyvazovanın bir çox layihələrdə qalib olduğunu da vurğulayıb: "R.Eyvazova indiyədək gənclər arasında protokol qaydalarının təbliği layihəsində, "Respublika gənclərinin 2-ci Maarifçilik Forumu"nda, Gənc həmkarların Naxçıvan Qış Universitetində, Binəqədi gənclərinin Şəmkir 2-ci Liderlik Məclisində, "Təmiz Binəqədi naminə 2 fevral Gənclər Forumu"nda yaxından iştirak etmiş və sertifikatlar almışdır. Növbəti qələbə münasibəti ilə R.Eyvazovaya uğurlar arzulayırıq".

Ü.ƏSGƏROV

Digər xəbərlər