PDF Oxu

Sosial

  • 44

Səbailli yeniyetmələr Naxçıvana yola düşüblər

Səbailli yeniyetmələr Naxçıvana yola düşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyasının birinci mərhələsi çərçivəsində "Sahil bağı"nda Bakı şəhəri Səbail rayonundan olan məktəblilərin bir qrupunun Naxçıvan şəhərinə yola salınması mərasimi keçirilibdir. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilərək 2 qrupa ayrılıblar. Rayon icra hakimiyyətində yaradılmış qərargah tərəfindən hər bir qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar. Təsdiq olunmuş proqrama əsasən səbailli yeniyetmələr 3 gün ərzində Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar.

Yolasalma mərasimində çıxış edən Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. Qeyd olunub ki, bu tur aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük qrupu gəlir. Onlar paytaxtımızın, o cümlədən Bakının mərkəzi rayonu olan Səbail rayonunun görməli yerləri, mədəniyyət ocaqları ilə tanış olacaq, onların maraqlı istirahəti təşkil olunacaqdır. Bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dünyagörüşünün artırılması istiqamətində mühüm tədbirlər olduğu xüsusi qeyd olunubdur.

Sonra səbailli məktəblilər rayon icra hakimiyyətinin qarşısında şəkil çəkdirdikdən sonra Naxçıvana yola düşmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yola salınıblar.

Ü.ƏSGƏROV

Digər xəbərlər