PDF Oxu

Sosial

  • 56

Nəsimi rayonunda Novruz bayramı münasibətilə Müharibə və Əmək Veteranları ilə görüş keçirilib

Nəsimi rayonunda Novruz bayramı münasibətilə Müharibə və Əmək Veteranları ilə görüş keçirilib

Novruz bayramı ərəfəsində Nəsimi rayon icra hakimiyyətində çay süfrəsi arxasında müharibə və əmək veteranları ilə görüş keçirilib. Görüşdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov II Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan övladlarının göstərdikləri qəhrəmanlıqlarından danışıb. Qeyd edib ki, dünyanın faşizm taunundan xilas edilməsində misilsiz döyüş rəşadəti göstərən müharibə veteranları hər cür qayğı və diqqətə, hörmət və ehtirama layiqdirlər. Müstəqilliyin ilk illərində müharibə veteranlarına göstərilən ögey münasibətlərdən söz açan rayon rəhbəri, məhz Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onların cəmiyyətdəki mövqeyinin yenidən yüksəltdiyini, bütün status və imtiyazlarının bərpa olunduğunu diqqətə çatdırıbdır.

Görüşdə Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev müharibə veteranlarına göstərilən böyük diqqət və qayğıdan razılığını bildirib. D.Rzayev vurğulayıb ki, II Dünya müharibəsinin odlu-alovlu yollarından keçən döyüş rəşadəti göstərən veteranlarla belə görüşlərin gənclərin hərbi vətənpərvərliyi və milli-mənəvi dəyərlər uğrunda tərbiyəsində böyük rol oynayır.

Bayram görüşündə Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev tərəfindən veteranlara göstərilən müstəsna diqqət və qayğıya görə Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov "Veteran Həmrəyliyi" medalı ilə təltif olundu.

Görüşdə çıxış edən Müharibə və Əmək Veteranları göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda veteranlara Novruz bayramı ilə əlaqədar bayram sovqatları təqdim edilibdir.

R.HÜSEYNOVA

Digər xəbərlər