PDF Oxu

Sosial

  • 35

Nəsimi rayon məktəbliləri Naxçıvana yola düşüblər

Nəsimi rayon məktəbliləri Naxçıvana yola düşüblər

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq" devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan məktəblilərin yola salınması mərasimi keçirilib. Belə tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına 2014-cü ilin noyabr ayında Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 80 nəfər məktəbli şagirdin 2 mərhələdə Quba, Qusar və Xaçmaz rayonlarına "Ölkəmizi tanıyaq" devizi altında maarifləndirici tur-aksiyası təşkil olunub.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən 17-20 mart 2016-cı il və 24 - 27 mart 2016-cı il tarixlərdə "Ölkəmizi tanıyaq" devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyalar keçiriləcəkdir. Bu dəfə Nəsimi rayonundan 28 nəfər məktəbli Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. İlk əvvəl qrupların təşkili məsələləri həll olunub. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilərək 2 qrupa ayrılıblar. Rayon icra hakimiyyətində yaradılmış qərargah tərəfindən hər bir qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçıların qalacağı otel və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar. Təsdiq olunmuş proqrama, əsasən Nəsimi rayon yeniyetmələri Naxçıvan şəhərinin görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzində, tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri yaxından tanış olacaqlar. Tur zamanı, həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınmışdır.Yolasalma mərasimində çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat verərək, ölkə başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıbdır. A.Əsgərov onu da bildirib ki, cari ilin yay aylarında Nəsimi rayon icra hakimiyyətinin yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən birində hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgələrinin təşkil olunması nəzərdə tutulur.Yolasalınma mərasimində çıxış edən valideyinlər və məktəblilər ölkə başçısı İlham Əliyevə dərin minnətarlıqlarını bildiriblər. Məktəblilər Nəsimi rayon icra hakimiyyətinin qarşısında şəkil çəkdirdikdən sonra Naxçıvana yola düşüblər.

R.HÜSEYNOVA

Digər xəbərlər