Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Novruz bayramı ilə əlaqədar bayram tədbiri keçirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan və digər türkdilli xalqların milli bayramı olan Novruz bayramı haqqında danışaraq, Azərbaycanda Novruzun qeyd olunması, adət-ənənələri haqqında məlumat verib, bu bayramın xalqlarımızı birləşdirdiyini qeyd edib.O, çıxışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Novruz bayramının YUNESKO-nun qeyri-maddı mədəni irs siyahısına daxil edildiyini bildirib. Səfir Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Assambleyasında 21 martın Beynəlxalq Novruz Günü elan edilməsi ilə bağlı qətnamənin qəbul edildiyini və hər il bu bayramın BMT-də də geniş qeyd edildiyini vurğulayıb.Daha sonra Azərbaycanda Novruzun qeyd olunması, Novruz adət-ənənələri, ölkəmizin turizm gözəlliklərini özündə əks etdirən videeo material nümayiş etdirilib.Tədbirdə iştirakçılara Novruz süfrəsi təqdim olunub, onlara Novruz xonçaları, şirniyyatları, səməni haqqında məlumat verilib.
sia.az