PDF Oxu

Sosial

  • 40

Nəsimi rayonunda imkansız ailələrə bayram payları təqdim olunub

Nəsimi rayonunda imkansız ailələrə bayram payları təqdim olunub

Xalqımızın əziz bayramlarından olan Novruz bayramı Azərbaycanda çox böyük təmtəraqla keçirilir. Bu işlər paytaxtımızın Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir. Bayram münasibətilə rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama hazırlıq işlərində Nəsimi rayon icra hakimiyyəti ilə yanaşı, rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq belə xoşməramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən aztəminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunubdur.

Dünən Novruz bayramı ilə bağlı Nəsimi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 44 saylı tam orta məktəbdə Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qızıl Aypara, Gözdən Əlillər, Əlillər, Çernobıl Əlillərinin, 20 Yanvar Cəmiyyətinin, Azərbaycandakı Rus İcmasının və "Sodrujestvo" cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, yataq xəstələrinə xidmət göstərən sosial xidmət işçiləri, rayon bələdiyyələrinin nümayəndələri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını salamlayaraq, onları Novruz bayramı münasibətilə təbrik edib. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verərək rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrinə cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərlə görüşlər keçirildiyini bildirib.

Tədbirdə çıxış edən Çernobıl və 20 Yanvar Əlilləri cəmiyyətlərinin rəhbərləri məcburi köçkünlərin, ictimai birliklərin nümayəndələri, iş adamları və başqaları dövlət tərəfindən onlara göstərilən qayğı və diqqətə görə ölkə başçısı Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Sonda Novruz bayramı ilə əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları, ilk növbədə yardıma ehtiyacı olan ailələrə - şəhid, əlil, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz və s. aztəminatlı ailələrə paylanılıb. Qeyd olunub ki, növbəti 2 gün ərzində, ümumilikdə 2000-dən çox ailəyə bayram bağlamaları veriləcək.

R.HÜSEYNOVA

Digər xəbərlər