PDF Oxu

Sosial

  • 47

Novruz bayramı

Novruz bayramı

Yurdum geyib yaz libasın,

Quşlar ötür xısın-xısın,

Gülür, sevinir hamı,

Gəlib Novruz bayramı,

Gəlir baharla birgə,

Hər il Novruz bayramı.

Bu bayramda dəyişir don,

Bütün həyat, bütün insan,

Al-əlvan geyinib hamı,

Gəlib Novruz bayramı,

Gəlir baharla birgə,

Hər il Novruz bayramı.

Sevinir bu gün hamı,

Nur saçır bayram şamı,

Oxuyuruq bir səslə:

Gəlib Novruz bayramı,

Gəlir baharla birgə,

Hər il Novruz bayramı.

Bahar bayramı

Günəş şəfəqilə qızdırar yeri,

Göylərdən nur yağar, bərəkət yağar,

Ürəklər fəth edər əngin göyləri,

Ulduzlar eşq ilə yerlərə baxar.

Günəş sevgisinə möhtacdı torpaq,

Odur ilk arzusu, ilkin amalı,

Günəş də eşqindən bil, nurlanaraq,

Tapır təbiətlə sevgi vüsalın.

Şəfəq darağıyla o, təbiətin,

Darayıb, saçına sığal gəzdirir,

Oynayıb nazıyla şehin, şəhvətin,

Gülün yanağına inci düzdürür.

Gül də fərəhindən vəcdə gələrək,

Yayır hər tərəfə öz xoş ətrini.

Günəş bu sevincdən fərəhlənərək,

Səpir hər tərəfə şəfəqlərini.

Aydın İsmayılov,

təqaüdçü mühəndis

Digər xəbərlər