PDF Oxu

Sosial

  • 61

Qazax rayonunda 23 min 450 nəfər kütləvi tibbi müayinədən yararlanıb

Qazax rayonunda 23 min 450 nəfər kütləvi tibbi müayinədən yararlanıb

Azərbaycanda ardıcıl olaraq üçüncü ildir ki, əhalinin pulsuz tibbi müayinəsi aparılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən xeyirxah aksiya Qazaxda da uğurla davam etdirilir. Əhalinin tibbi müayinəsi Müalicə Diaqnostika Mərkəzində, şəhər poliklinikasında və kənd həkim məntəqələrində xüsusi həkim briqadaları tərəfindən həyata keçirilir.Rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov AZƏRTAC-a bildirib ki, fevralın 15-dən bu günədək 23 min 450 nəfər rayon sakini müayinə olunub. Müayinə zamanı sakinlərdən 195 nəfərinə ambulator, 37 nəfərinə isə stasionar müalicə təyin edilib. Doqquz nəfər rayon sakini ətraflı müayinə olunmaq üçün Bakı şəhərinə göndərilib.Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qorunmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

AZƏRTAC

Digər xəbərlər