PDF Oxu

Sosial

  • 44

"Tarixi həqiqətlər unudulmamalıdır"

"Tarixi həqiqətlər unudulmamalıdır"

Bu mövzuda YAP Masallı rayon təşkilatında tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Tarixi həqiqətlər unudulmamalıdır" mövzusunda tədbir keçirilib.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı gənclər birliyinin sədr müavini Cəlal Əliyev çıxış edərək bildirdi ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalıb: "Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar, nəyin bahasına olursa-olsun, Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi".

C.Əliyev qeyd edib ki, azərbaycanlıların kütləvi şəkildə qırılmasını ötən əsrin dünya tarixinin ən faciəvi səhifələrindən biri hesab etmək olar: "1918-ci ildə həyata keçirilmiş soyqırımı aktı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar törədiblər. Onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunub".

Əməkdar müəllim Əhməd Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu təqvim 200 ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Bu faciələrin günahkarı "Böyük Ermənistan" yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün istənilən iyrənc vasitəyə əl atan erməni şovinizmidir.

Çıxışında Əhməd Məmmədov onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycanın müasir dövrdə öz haqq səsinin dünyaya çatdırılmasında təhsilli, elmli gənc nəslin üzərinə çox böyük bir məsuliyyət düşür. Dövlətimizin xüsusi diqqəti, Heydər Əliyev Fondunun və gənclərimizin aktiv fəaliyyəti nəticəsində azərbaycanlıların soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır.

Eyni zamanda tədbirdə Sahil Fərzəliyev, Səməd Məmiyev, Sarxan Əhmədov və başqaları çıxış edərək törədilən qanlı hadisələrə görə ermənilərin tarix qarşısında cavab verəcəklərinə əminliklərini bildirdilər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər