PDF Oxu

Sosial

  • 52

Tərtərdə azərbaycanlıların soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Tərtərdə azərbaycanlıların soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Dünən YAP Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Toplantı iştirakçıları əvvəlcə rayonda şəhidlərin xatirəsinə ucaldılnış abidə kompleksini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar. Həmçinin, toplantı iştirakçıları 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rayon məktəblilərinin rəsm işlərindən ibarət sərgiyə baxıblar. Daha sonra Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna quran oxunub, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilibdir.

Anım mərasimində Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bildirib ki, son 200 ildə ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri məkrli planlardan, bu illər ərzində minlərlə azərbaycanlının qətliama məruz qalmalarından, uzun illər ermənilərin törədikləri vəhişiliklərin üzə çıxarılmamasından, yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Onun 1998-ci ildə verdiyi Sərəncama əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Tədbirdə Qarabağ müharibəsi veteranı, Tərtər özünümüdafiə batalyonunun keçmiş komandiri Pənah Məmmədov, şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Nigar Vəliyeva, Umudlu kənd tam orta məktəbinin X sinif şagirdi Ülkər Zeynallı və başqaları çıxış edərək bildiriblər ki, son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirdikləri genişmiqyaslı soyqırımı hadisələri nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qəddarcasına öldürülmüş, bir milyondan çox insan öz el-obasından didərgin düşmüşdür. Çıxış edənlər vurğulayıblar ki, son illər Azərbaycan hökumətinin ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində çoxsaylı addımlar atılıb.

AYTƏN

Digər xəbərlər