PDF Oxu

Sosial

  • 97

Suraxanıda əhali böyük həvəslə tibbi müayinədən keçir

Suraxanıda əhali böyük həvəslə tibbi müayinədən keçir

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam edir. Tibbi müayinə rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada aparılır. Tibbi müayinənin aparıldığı səhiyyə müəssisələrindən biri də 24 nömrəli Şəhər Poliklinkasıdır. Poliklinkanın baş həkimi Hacağa Bağırov məlumat verib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilib: "Bugünkü aksiya onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə müraciət etməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Tibbi müayinə başlayandan bu günə qədər 6705 nəfər vətəndaş tibbi müayinədən keçib. Müayinədən keçən vətəndaşların 183 nəfərində xəstəlik aşkar olunub və 13 nəfəri stasionar müalicəyə götürülüb. Hacağa Bağırov onu da bildirib ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir."

Rayonun Bülbülə qəsəbə sakinləri Mirzəağa Quluyev, Bikəxanım Məmmədova 24 nömrəli ŞP-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildiriblər. Xüsusi vurğulanıb ki, genefonumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlıqlarının təmin olunmasına xidmət edən bu aksiya bir daha sübut edir ki, Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır. Vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlıq edilib.

Qeyd edək ki, 1 aprel tarixinədək Suraxanı rayonunda 80 minə yaxın vətəndaş və 109 kollektiv tibbi müayinədən keçib. 2995 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 118 nəfər stasionar müalicəyə cəlb edilmiş, 141 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.

ZÜMRÜD

Digər xəbərlər