Erməni qızlar: "Biz kişiləri, qəhrəmanları sevirik, qorxaqları yox"
Azərbaycan Ordusunun düşməni susdurması, ermənilərin böyük sayda itkilər verməsi, düşmənin xeyli sayda canlı qüvvə və texnikasının məhv edilməsi bir çox stereotipləri də qırmış oldu. Əvvəlla, bu, Azərbaycan Ordusunun hansı gücə malik olduğunu göstərdi. İkincisi, bu vaxta qədər ölkəmizin haqq səsini eşitmək istəməyən bir sıra təşkilatlar, dövlət hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana müraciət etdilər. Bu, Azərbyacanın qüdrətinin beynəlxalq səviyyədə etirafı idi. Həmçinin, Azərbaycanın erməni işğalına sonsuz qədər səbr nümayiş etdirməyəcəyini sübuta yetirdik. İş o yerə çatdı ki, erməni saytları, qəzetləri, telekanalları da Azərbyacanın gücünü eiraf etməyə başladılar. Məsələn, "ARTSAXPRESS" saytına açıqlamasında erməni politoloq Armen Ter-Petrosyan Qarabağda aparılan döyüşlər haqqında bu fikirlər səsləndirmişdi: "Azərbaycan silahları dəhşət saçır, biz bunu gözləmirdik. Bizə Ermənistanın rəsmi dövlət qurumlarından informasiya verirdilər ki, guya hərbi baxımdan Azərbyacanı üstələyirik. Ancaq biz bunun tam əksini gördük. Fərq çox böyükdür. Hələ də erməni itkilərinin sayı dəqiq deyilmir, xalq narahatdır. Erməni gənclər boş yerə ölmək istəmirlər".
Cəbhə xəttində gedən qanlı döyüşlərdə Azərbaycan Ordusunun zəfəri, ermənilərin məğlubiyyəti Ermənistan ictimaiyyətini hələ də şokda saxlayıb. Azərbaycan əsgəri qarşısında duruş gətirməyib erməni əsgərlərinin səngərlərdən silahlarını qoyub qaçmaları, orduya xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etmələri erməni qızlarının da etirazına, hiddətlənməsinə səbəb olub. Bir qrup erməni qızı sosial şəbəkələrdə erməni gənclər, xüsusilə də erməni qızları Azərbaycan Ordusunun şəkillərini paylaşaraq, erməni əsgələri qorxaq adlandırdılar. Qızlar döyüşlərdə qəhrəmanlıq göstərən Azərbaycan əsgərlərini sevdiklərini etifar ediblər: "Biz kişiləri, qəhrəmanları sevirik, qorxaqları yox", "kişi kimi döyüşdülər, kişi kimi də öldülər". Lika Muradyan adlı gənc erməni qızı özünün sosial şəbəkələrdəki səhifələrində yazıb: "Azərbaycan kişisi həm yataqda kişiliyini göstərir, həm də döyüşdə". Hətta erməni qızları profil şəkillərini dəyişərək Azərbaycan bayrağını qoydular.
Politoloq Ülvi Məmmədov "SƏS" qəzetinə açıqlamasında maraqlı məlumatlar verdi: "Erməni cəmiyyəti hazırda şokdadır. Hesablasaq, Ermənistanda hər binaya bir ölü apardılar. Onlarla erməni əsgər və zabitindən isə xəbər yoxdur. Həm Qarabağda, həm də Yerevanda erməni kişilərin, əlində bir az pulu olan adamların hamısı xaricə qaçırlar. Bu erməni qadınlarında və qızlarında ruh düşkünlüyü yaratdı. Erməni kişilər öz qadınlarını qorumaq iqtidarında deyillər. Orada dövlət də vətəndaşına hami durmur. İnsanlar ölmüş övladlarının cəsədlərini istəyirlər, Sarkisyan isə bunu verə bilmir və dezinformasiyalar yaymaqla məşğuldur. Hazırda Ermənistanda qadınların çoxu erməni kişilərlə deyil, digər millətlərdən olan kişilərlə ailə qururlar, problemlərlə dolu olan Ermənistandan qaçıb getməyə can atırlar. Vəziyyət belədir orada. Mənim yadımdadır ki, bir neçə ay bundan öncə bir erməni qızı Şuşada şəkil çəkdirmişdi, şəklin altından yazmışdı ki, türk torpağında bir gün..! Bu şəkli sosial şəbəkələrdə yaymışdı".
Samir