Vətən oğlun sıxmaz qüssə,
Qəm ələnsə, bil, üst-üstə.
Birgə gedək düşmən üstə,
Haydı, igidlərim, haydı!
İgid olan etməz təlaş,
Arxa durar hər qaya, daş.
Son döyüşlər, son da savaş,
Haydı, igidlərim, haydı!
Qeyrətliyə qeyrət uca,
Şərəfsizlər pusar bucaq.
Ər olan zəfər çalacaq,
Haydı, igidlərim, haydı!
Biz övladıq bu vətənə,
Oğul olan batmaz qəmə.
Gücümüz bəlli aləmə,
Haydı, igidlərim, haydı!
Nigar, Həcər əlacımız,
Natəvan ulu tacımız.
Hər qadın ana-bacımız,
Haydı, igidlərim, haydı!
Yatmış şirdən dəli nərə,
Ovçu ovçün gəlməz bərə.
Güc çatmaz birləşən ələ,
Haydı, igidlərim, haydı!
Vətən - ana - doğma diyar,
Sevgimizdən fərəh duyar.
Ömr edərik, biz bəxtiyar,
Haydı, igidlərim, haydı!
Aydın İsmayılov