PDF Oxu

Sosial

  • 101

Bilik Fondunda rusdilli əhali üçün mühazirə təşkil olundu

Bilik Fondunda rusdilli əhali üçün mühazirə təşkil olundu

2016-ci ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsini vətənimizdə yaşayan azsaylı xalqların nümayəndələri də ruh yüksəkliyi ilə qarşılayıblar. "Azərbaycan dilini öyrənirik" layihəsi əsasında kilsədə rusdilli əhali üçün təşkil olunmuş kursun dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar. Qonaqlara fondun fəaliyyəti və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.

Sonra "Bilinqvizm multukulturazmin bir qolu kimi" mövzusunda keçirilən mühazirədə Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva xalqımızın tolerantlıq ənənələrindən, Azərbaycan multikulturalizminin tarixi köklərindən bəhs edib. Mühazirəçi qeyd edib ki, Azərbaycan xalqı tarix boyu, ərazisində yaşayan digər xalqların dininə, dilinə, mədəniyyətinə hörmətlə yanaşıb. Bu ənənə müasir dövrdə də davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Rus Pravoslav Kilsələrində "Azərbaycan dilini öyrənirik" layihəsi həyata keçirir. Layihəyə əsasən, kilsədə rusdilli əhali üçün ödənişsiz Azərbaycan dili kursları təşkil olunur. Kilsənin də dəstək verdiyi təlimlərə qatılmaq istəyənlərin sayı 300-dən çoxdur. İlkin mərhələdə 2015-cü ilin fevralından Mixail-Arxangel Kilsəsində təlimlər keçirilib. Dinləyicilərə müsabiqə yolu ilə ali və orta məktəblərdən seçilmiş təcrübəli müəllimlər dərs deyiblər. Artıq kursun ilk müdavimlərinə sertifikatlar verilib.

"Azərbaycan dilini öyrənirik" layihəsinin əsas qayəsi multikulturalizmin həyat tərzi olduğu Azərbaycanda yaşayan, Azərbaycan dilini öyrənmək arzusunda olanlara kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsipləri aşılamaqdır.

ZÜMRÜD

Digər xəbərlər