PDF Oxu

Sosial

  • 132

Ermənistanda dövlət çevrilişinə cəhd olub

Ermənistanda dövlət çevrilişinə cəhd olub

Elşad Mirbəşiroğlu: "Sarkisyanın özü də vəziyyətin Ermənistan üçün nə dərəcədə ciddi və təhlükəli olduğunu dərk edir "

Azərbaycan Ordusunun zəfərli qələbəsindən sonra Ermənistanda Sarkisyana qarşı qiyam qaldırılıb. Artıq çevrilişə cəhdlər göstərilib. Bu isə, onu deməyə əsas verir ki, artıq Serj Sarkisyanın sonu yaxınlaşıb. Amma bu halda sual yaranır ki, Rusiya S.Sarkisyanın devrilməzinə göz yumacaqmı? Politoloq Elşad Mirbəşiroğlu "Səs"ə açıqlamasında cəbhədə 4 gün ərzində baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi şücaət, qəhrəmanlıq, qısa müddətdə bir neçə strateji əhəmiyyətli yüksəklikləri və yaşayış məntəqələrini işğaldan azad etməsi Sarkisyan rejimini məhvə sürükləyib: "Bildiyiniz kimi, Azərbaycan Ordusu Ermənistan silahlılarının təxribatlarının qarşısını kəskin şəkildə aldı. Bir necə strateji nöqtəni işğaldan azad etdi. Ermənistanda gərgin olan sosial iqtisadiyyat, dərin siyasi qarşıdurmalar daha da dərinləşdi və Ermənistan cəmiyyəti Sarkisyana olan inamını tamamilə itirdi. Erməni ordusunun ciddi itkilərə məruz qalması Ermənistanda ciddi partlayışlar yaratdı. Əsgər analarının etirazı oldu və onlar övladlarının Qarabağda ölümə göndərilməsinə qarşı çıxdıqlarını bildirdilər. Digər bir tərəfdə isə Sarkisyanın siyasi rəqibləri də Sarkisyanın bu məğlubiyyətini ona qarşı istifadə edəcəklər. Bir sözlə, Sarkisyan elektroatını tamamilə itirib. Amma buna baxmayaraq, çox güman ki, Rusiyanın sadiq nökəri olmaqla Rusiya Sarkisyan hakimiyyətinin ömrünün uzadılmasına maraqlı ola bilər".

"Ermənistanın hakimiyyətinin çökməsi və yeni bir simanın hakimiyyətə gəlməsi münaqişənin həllinə hansısa töhfə verə bilərmi" sualını cavablandıran E.Mirbəşiroğlu bildirdi ki, cəbhədə baş verən hadisələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşma tərzinin vacibliyini təsdiqlədi: "Sarkisyanın özü də vəziyyətin Ermənistan üçün nə dərəcədə ciddi və təhlükəli olduğunu dərk edir. Ümumiyyətlə, beynəlxalq ictimaiyyətdə dərk edir ki, artıq münaqişənin tənzimlənməsi istiqamətində ciddi addımların atılmasının vaxtı çatıb. Ermənistanda hər hansı bir siyasi dəyişiklik baş verərsə və beynəlxalq ictimaiyyətində məsələyə yeni bucaqdan yanaşması olsa münaqişənin tənmizlənməsi istiqamətində addımların atılması qaçılmaz olacaqdır. Elə hakimiyyəti dövründə də Sarkisyan bu məğlubiyyətinin ağırlığını dərk edərək Azərbaycanın ilkin mərhələdə Dağlıq Qarabağı ətrafı rayonlarının azad olunmasına gedəcəkdir".

GÜLYANƏ

Digər xəbərlər