"Ermənilər Vanı ələ keçirərək bütün müsəlmanları öldürmüşdü"
Rus tarixçisi: "Ermənilərə çörək verirsən, yatmağa yer verirsən, sonda səni evdən qovurlar"
Sergey Markov: "Ermənilər ləyaqətsiz və satqındırlar"
İngiltərənin paytaxtı Londonda keçirilən elmi seminarda ABŞ-ın tarixçi alimi, professor Castin Mc Karti Birinci Dünya müharibəsi illərində ermənilərin Vanı ələ keçirirək bölgədəki bütün müsəlmanları öldürdüyünü qeyd edib. Türk mediasına istinadən xəbər verir ki, Londondakı Türk Əlaqələri İnstitutunda çıxış edən ABŞ alimi, həmçinin qeyd edib ki, ermənilər müharibələrdə provokator kimi istifadə olunub: "1828, eləcə də 1877-78-ci illərdə ermənilərin ruslara casusluq edirdi, rusların da, öz növbələrində onları müsəlmanlara qarşı istifadə etdiyi danılmaz faktdır".
Professor Castin Mc Marti ermənilər torpaq iddialarından da danışıb: "Türkiyənin 6 vilayətinə erməni hücumları təşkil olunub. Ermənilər "böyük Ermənistan" yaratmaq üçün Türkiyənin də bir neçə vilayətini işğal etmək istəyirdilər. Bunların hamısı tarixi faktlardır və bu haqda tarixi sənədlər bu gün də ingilis arxivlərində saxlanılır".
Rusiya mətbuatına müsahibəsində tarixçi Aleksandr Lazarev də ermənilər haqqında maraqlı faktlar açıqlayıb: "Ermənilər həmişə iddialı olub. Sadə dildə desək, ermənilər qapıda ağlayırlar, çörək verirsən, yatmağa yer verirsən, sonda səni evdən qovurlar. Bax, onların əsas peşəsi budur. Dünyada yeganə xalq ermənilərdir ki, bir neçə dövlətin ərazilərinə iddialıdırlar. Özlərinin uydurma "dənizdən- dənizə" dövlətlərini qurmaq üçün hər şeyə hazırdılar. Məsələn, Qarabağ bunun üçün işğal edildi, günahsız insanlar qətlə yetirildi. Eyni zamanda, ermənilər təkcə bununla doymadılar. Türkiyənin torpaqlarına əl atdılar, dəfələrlə orada təxribatlar törətdilər. Mən sizə bir maraqlı faktı açıqlayım. Türkiyəyə köçən ermənilər bir yerdə cəmləşirlər, bir vilayətdə toplaşırlar. Özü də hamısı vətəndaşlıq almağa çalışır. Bir müddətdən sonra onlar həyasızcasına Türkiyə dövləti qarşısında iddia qaldıracaqlar ki, bəs bu torpaqlar ermənilərindir".
Rusiya yazıçısı və tarixçisi Aleksandr Qoryanin də bu günlər Moskvada keçirilən Qarabağ hadisələrinə həsr olunmuş mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağda müharibəyə başlamaqla özünün özünə nə qədər ziyan vurduğunu xüsusi qeyd edib. Ermənistanda olarkən, sovet dövründən qalmış köhnə avtomobillərin sayının çox olmasından heyrətə gələn rus yazıçısı Ermənistan əhalisinin sayının dəfələrlə azaldığını, bütöv ailələrin Ermənistandan köçdüyünü müşahidə edib. Tarixçi xatırladıb ki, hələ sovet dövründə Azərbaycanda olarkən, bir çox mühüm vəzifələri ermənilərin tutduğunun şahidi olmuşdu və özlərinin yaratdığı bu süni Dağlıq Qarabağ münaqişəsi üzündən ermənilər çox şey itirdilər.
Rusiya İctimai Palatasının üzvü Sergey Markov da ermənilərin son günlər apardığı siyasət haqqında qısa və konkret danışıb: "Bu," əsl nankorluqdur. Bu, ləyaqətsizlik və satqınlıqdır".
Politoloq Andrey Yepifantsev ermənilərin nankorluqlarından danışıb. O, qeyd edib ki, Rusiyada Ermənistan cəmiyyətindəki güclü anti-Rusiya əhval-ruhiyyəsinin miqyasını anlamırlar: "Ermənistanda hakimiyyəti zəbt etmiş Qarabağ klanı rəhbərlikdə qalmaq üçün Azərbaycanla münaqişədən istifadə edir və sülh onların sonu deməkdir". A.Yepifantsef yazır ki, ABŞ-dakı erməni diasporu da parçalanıb. Onlar erməni xalqının mənafeyini güdmürlər. "Google"da Rusiya Ermənistana xəyanət etdi" sözlərini axtarışa versəniz, erməni ictimaiyyətinin Rusiyaya qarşı mənfi fikirləri ilə dolu 300 mindən çox məqalə taparsınız. Bu, erməni xalqı üçün özünüməhv deməkdir".
Samir