"Yalnız dahi dövlət rəhbəri dünyada mövcud olan maliyyə-iqtisadi böhranı zamanı öz ölkəsinin tikinti sektorunu inkişaf etdirməyə qadirdir. Bu səyləri biz bu gün Azərbaycanda görürük. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu gün ölkəmizin bütün bölgələrində oldğu kimi, Səbail rayonunda mənzil tikintisi ilə bağlı yerli sahibkarlar tərəfindən yeni layihələrə başlanıb və artıq ilkin nəticələr vardır".
Bu sözləri Səbail rayon icra hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş yığıncaqdakı çıxışında Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov demişdir. O, qeyd etmişdir ki, artıq bu istiqamətdə xeyli iş görülüb, 9-dan çox layihəyə baxılaraq təsdiq olunub və bu proses davam edir.
Toplantının əvvəlində aprel ayının ilk günlərində cəbhənin təmas xəttində ermənilərin silahlı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yığıncaqda çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin əsas məqamlarına toxundu. Qeyd olundu ki, iclasda son günlərdə təmas xəttində fəallaşan erməni təxribatlarına ordumuz tərəfindən layiqli cavab verilmişdir. Cənab Prezident bu prosesin ən dərin qatlarını, görünməyən tərəflərini müfəssəl təhlil etdi və ən obyektiv təəssüratları öz vətəndaşlarımızla yanaşı, dünya birliyinə də çatdırmışdır. Bildirilmişdir ki, əldə olunmuş hərbi-siyasi uğur böyük əks-səda doğurmuş, əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında rəğbətlə qarşılanmışdır. Ölkə əhalisinin öz Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanı olan Cənab İlham Əliyevə olan inamını daha da artırmış və möhkəmləndirmişdir.
Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd etmişdir ki, cari ilin ilk 3 ayı ərzində Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 4 milyard 220,2 milyon manatlıq məhsul istehsal edilmiş ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz çoxdur. İri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 77,5 milyon manat, rabitə müəssisələri tərəfindən görülmüş iş və ximətlərin dəyəri isə 29,9 milyon manat olmuşur.
İclasda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov, Səbail rayon MKTB-nin rəisi Səmədağa Aslanov, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, 7 saylı orta məktəbin direktoru Könül Həsənova, 2 saylı SƏİD-in rəisi Rüfət Əhmədzadə, Səbail rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov və başqaları çıxış etmişlər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
RƏFİQƏ