PDF Oxu

Sosial

  • 108

Diaspor rəhbəri Finlandiya Parlamentinin deputatını Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırıb

Diaspor rəhbəri Finlandiya Parlamentinin deputatını Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırıb

Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova Finlandiya Parlamentinin deputatı, Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Eero Lehti ilə görüşüb. Görüşdə T.Nəzərova deputatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumantlandırıb, ona erməni işğalçılarının törətdiyi cinayətləri əks etdirən faktlar və fotoşəkillər təqdim edib. Təşkilat sədri deputata Azərbaycanın bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayıb.

T.Nəzərova son illər ərzində Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq, Azərbaycan Respublikasının sürətlə inkişaf etməsindən, beynəlxalq arenada böyük nüfuza malik olmasından söhbət açıb.

Eero Lehti də, öz növbəsində Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etməsi faktını pisləyib, dinc Azərbaycan əhalisinə qarşı törətdikləri cinayətləri terror aktı adlandırıb. Deputat beynəlxalq təşkilatların bu münaqişəni obyektiv dəyərləndirməli olduğunu, problemin sülh yolu ilə həlli istiqamətində səylərin artmasının zəruriliyini vurğulayıb. O, həmçinin, Bakı haqqında xoş təəssüratlarını bölüşüb, Azərbaycana səfəri zamanı keçirdiyi dövlət əhəmiyyətli görüşlərdən söz açıb.

NƏZAKƏT

Digər xəbərlər