PDF Oxu

Sosial

  • 108

Suraxanı rayonunda artıq 127152 nəfər tibbi müayinədən keçib

Suraxanı rayonunda artıq 127152 nəfər tibbi müayinədən keçib

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam edir.

Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədilə rayon icra hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədən keçmə qrafiki tərtib olunmuşdur. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada 15 fevral tarixindən əhalinin pulsuz tibbi müayinəsi keçirilir.

Tibbi müayinənin aparıldığı müəssisələrdən biri də 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Xəstəxananın baş həkimi Zümrüd Abdullayeva bildirib ki, xəstəxana 2014-cü ildə əsaslı təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilib. Uzun müddət həkimə müraciət etməyən sakinlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyac yarandığı halda onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Müəssisə 23979 nəfər böyük əhaliyə xidmət edir. Xəstəxanaya gələnlər ümumi və biokimyəvi analiz verirlər, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər. Tibbi müayinə başlayandan bu günə qədər 16092 nəfər tibbi müayinədən keçib. Müayinədən keçən vətəndaşların 389 nəfərində xəstəlik aşkar olunub, Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində işlər görülür.

Z.Abdullayeva məlumat verib ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Əmircan qəsəbə sakini, ağsaqqallar şurasının sədri Tofiq Nəsirov, qəsəbə sakini Gülnaz Əhmədova 13 nömrəli BŞX-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirib və vətəndaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlıq ediblər.

Məlumat üçün bildirək ki, Suraxanı rayonun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.

21 aprel 2016-cı il tarixinədək Suraxanı rayonunda 127152 nəfər vətəndaş və 139 kollektiv tibbi müayinədən keçib. 4186 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 184 nəfər stasionar müalicəyə cəlb edilib, 201 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.

ZÜMRÜD

Digər xəbərlər