PDF Oxu

Sosial

  • 129

YAP Şəmkir rayon təşkilatında "Gənclik və vətənpərvərlik" mövzusunda dəyirmi masa keçirilib

YAP Şəmkir rayon təşkilatında "Gənclik və vətənpərvərlik" mövzusunda dəyirmi masa keçirilib

Dünən YAP Şəmkir rayon təşkilatında "Gənclik və vətənpərvərlik" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışıb. O, partiya sıralarında gənclərin də böyük üstünlük təşkil etdiyini deyib. F.Vəliyev bu gənclərin Vətəninə, torpağına bağlı və Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olduqlarını vurğulayıb.

Şəmkir rayon təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev Cənabları da öz çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dönə-dönə vurğulamış, bu işin Azərbaycan dövlətinin gənclər və təhsil siyasətinin prioritet məsələlərindən olduğunu diqqətə çatdıraraq demişdir: "Biz, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu, bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır".

Dəyirmi masada YAP Şəmkir rayon təşkilatı gənclər birliyinin sədr müavini Vüsal Rzayev, rayon təşkilatının məsləhətçisi İlkin Musayev, partiya fəallarından Famil Həmidov, Şahin Rzayev və başqaları vətənpərvər Azərbaycan gəncliyinin Ali Baş Komandanın döyüş əmrinə hər an hazır dayandıqlarını, lazım gələrsə, öz canlarından keçməyə belə qadir olduqlarını söyləyiblər.

R.HÜSEYNOVA

Digər xəbərlər