PDF Oxu

Sosial

  • 123

Ətraf mühitin mühafizəsi daim diqqət mərkəzindədir

Ətraf mühitin mühafizəsi daim diqqət mərkəzindədir

İlham Əliyev:"Bakıda indi havanın meyarları yüksək səviyyədədir"

Ətraf mühitin mühafizəsi məsələsi, bütün dünyada olduğu kimi, Azərbaycan da diqqətdə dayanan əsas məsələlərdən biridir. Bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli məqsədi ilə ölkədə ardıcıl ekoloji siyasət yürüdülür. Zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan Azərbaycanda ekoloji problemlərin həllini tapması üçün qəbul olunan sənədlər ekoloji tarazlığın, ətraf mühitin mühafizəsi sahəsində müstəsna rol oynayır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərmanlarda, dövlət proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflər öz həllinin tapır. Biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir. Belə ki, ətraf mühitin yaxşılaşdırılması istiqamətində "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı", "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və digər proqramlarda nəzərdə tutulmuş ekoloji tədbirlər həyata keçirilir. Ekoloji siyasətin həyata keçirilməsinin təzahürü kimi respublikamızda Avropa standartlarına uyğun müvafiq qanunvericilik bazası yaradılıb, ətraf mühit üzrə Dövlət İdarəetmə Sistemin təkmilləşdirilib. Ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində, ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması istiqamətində nailiyyətlər əldə olunub. Atmosfer havasının çirklənməsi ilə bağlı aparılan monitorinqlərin də nəticəsi bu reallığı əks etdirir. Belə ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində həyata keçirilən monitorinqlər zamanı qeyd olunan şəhərlərdə yüksək çirklənmə halları qeydə alınmamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti Cənab İlham Əliyev ekoloji tədbirlərin davam etdirilməsinin önəmliyini diqqətə çəkərək, son illər ərzində həm Bakı şəhərində, həm bölgələrdə bu istiqamətdə çox böyük işlər görüldüyünü bildirib. Xüsusilə də, paytaxt Bakının havasının təmizləndiyini diqqətə çəkib:"Bakıda indi havanın meyarları yüksək səviyyədədir. Bunu hər bir vətəndaş hiss edir. Bəziləri unudurlar ki, əvvəlki vəziyyət necə idi. Ancaq biz bunu xatırlayırıq. Bir neçə strateji layihə öz həllini tapmışdır. Onların içərisində mən, əlbəttə ki, Balaxanı zibilxanasının ləğvini və burada böyük zibilyandırma zavodunun tikintisini, xüsusilə qeyd etmək istəyirəm. Vaxtilə şəhərimizin havasını ən çox zəhərləyən elə Balaxanı zibilxanası idi. Yanırdı, şəhərimizi tüstü bürüyürdü və o zonada havanın çirklənməsi həddindən artıq yüksək idi. Bu, çox böyük ekoloji və sağlamlıq layihəsi oldu".

Cənab Prezident İlham Əliyev Balaxanı Texnologiya Parkının yaradıldığını da xatırladıb. İllərlə buraya lay suları, neftlə çirklənmiş sular, kanalizasiya suları axıdıldığı halda, indi ətrafında gözəl mənzərə diqqəti cəlb edir. Cənab İlham Əliyev Bibiheybət Buxtasının təmizlənməsinin də uğurla başa çatdığını bildirib:"Vaxtilə bu da bir ekoloji fəlakət mənzərəsi idi. Bu gün orada gözəl parklar salınıb. Birinci Avropa Oyunları yarışlarının bir hissəsi orada keçirilibdir. Böyük Su İdmanı Sarayı, digər idman qurğuları tikilibdir. Bayraq Meydanından ta Bibiheybət Buxtasınadək yaşıllıq zonaları, bulvar salınıbdır. Bu da, əlbəttə ki, şəhərimizi çirkləndirirdi - Balaxanı bu tərəfdən, Qaraşəhər başqa tərəfdən. Orada da böyük təmizləmə işləri aparılmışdır, torpaq qatları götürülmüşdür. Orada vaxtilə neftayırma zavodunun bütün tullantıları yığışırdı. İndi biz Qaraşəhəri Ağ Şəhərə çeviririk".

Ölkəmizin iqtisadi gücü artdıqca ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində də əsaslı dönüş yaranır, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir.

"Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı" da uğurla davam etdirilir. Ümumilikdə, əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi Azərbaycanın iyirmidən artıq rayonuna modul tipli sutəmizləyici qurğular quraşdırılaraq, 530 min əhali keyfiyyətli içməli su ilə təmin edilmişdir. Bu gün dünyanın ən böyük ultrasüzgəcli sutəmizləmə qurğusu Azərbaycanda tikilib və istifadəyə verilibdir. Cənab İlham Əliyevin dediyi kimi, indi əhalimizin böyük hissəsi Dünya Səhiyyə Təşkilatının normalarına uyğun su ilə təmin olunur. Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyan layihələrdir. Bakıda yerləşən yod zavodunun bütün qalıqları çıxarılıb. O da bir tərəfdən ekologiyanı zəhərləyirdi. Baxın, bunlar insanların sağlamlığına nə qədər ziyan vururdu. İndi bunların heç biri yoxdur".

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi indiki və gələcək nəsillərin sağlam mühitdə yaşamasına hesablanılıb və bütün görülən işlər Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər