PDF Oxu

Sosial

  • 127

Suraxanı rayonunda növbəti səyyar görüş keçirilib

Suraxanı rayonunda növbəti səyyar görüş keçirilib

Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olub. Qeyd edim ki, rayon icra hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Cari il ərzində 13 səyyar görüş-qəbul keçirilib. Növbəti səyyar görüş Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 362/1 saylı evin yanında keçirilib. Sakinlərlə keçirilən növbəti görüşə gələn rayon rəhbəri məlumat verib ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin, həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, əsaslı sosial infrastruktur layihələr həyata keçirilib.

İ.Abbasov sakinlərin diqqətinə çatdırıb ki, son dövrdə Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev, Xanlar Ələkbərov, Atamoğlan Rzayev, Zahid Əliyev, Malik Mustafayev küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən qurulmuş, təmir olunaraq rənglənmiş, aqlay daşları ilə üzlənmiş, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salınmış, asfalt vurulmuş, bordur düzülmüş, qazon salınmış, bir çox qapı və darvaza dəyişdirilmiş, küçələrin işıqlandırılması üçün işıq dirəkləri və çilçıraqlar quraşdırılmışdır. Hövsan qəsəbəsinin girişindən başlayaraq İlqar Əhlimanov, Oqtay Şabanov və Elman Qasımov küçələrinin ətrafında abadlıq və quruculuq işləri aparılmış, divar və hasarlar rənglənmişdir. Rayon ərazisində 13 ünvanda nümunəvi abad məhəllənin salınmasına və mövcud "Nümunəvi abad məhəllə"lərdə təmir-bərpa işlərinə başlanılmış və işlərin may ayının ilk günlərində başa çatdırılması planlaşdırılır.

Səyyar görüşdə sakinlərdən Gülöyşə Həsənova, İntiqam Abdullayev, Qədim Qurbanov, Nəcəf Ələkbərov müəyyən problemlərlə bağlı məsələlər qaldırıblar. Sakinlərə müvafiq izahatlar verilib və bu məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə, sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

Səyyar görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərəc Quliyev, 60-dan yuxarı sakin və RİH başçısı aparatının məsul işçiləri, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

ZÜMRÜD

Digər xəbərlər