PDF Oxu

Sosial

  • 91

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı silsilə tədbirlər keçirməkdədir. YAP Ağcabədi rayon təşkilatının konfrans zalında rayon məktəbliləri arasında "Dünyanın özü qədər əbədi" adlı inşa müsabiqəsi keçirilib. Müsabiqədə Ağcabədi şəhərinin və kənd məktəblilərinin şagirdləri iştirak ediblər.

Şagirdlərin yazı işləri yaradılmış münsiflər heyəti tərəfindən yoxlanaraq qaliblər müəyyən ediləcək. Qaliblər Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü münasibətilə keçirilən digər müsabiqə və yarışların qalibləri ilə birlikdə may ayının 10-da keçiriləcək ümumrayon tədbirində fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

ZÜMRÜD

Digər xəbərlər