PDF Oxu

Sosial

  • 104

MİNİ-FUTBOL TURNİRİNƏ YEKUN VURULUB

MİNİ-FUTBOL TURNİRİNƏ YEKUN VURULUB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən təşkil olunmuş mini-futbol turnirinə yekun vurulmuşdur. Ərazi ilk partiya təşkilatları arasında keçirilən turnirin final görüşündə "ƏSMM" və "DSMF" komandaları qarşılaşmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən final qarşılaşmasında "DSMF" komandası "ƏSMM" komandasını 2:1 hesabı ilə məğlub edərək, turnirin qalibi olmuşdur.

Komandalarnın mükafatlandırılmasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçışı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətindən ətraflı məlumat verdi və turnirin qalibi olmuş "DSMF" komandasını təbrik etdi. Sonda turnirin final mərhələsində qarşılaşmış komandalara YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı, qiymətli hədiyyələri və pul mükafatları verilmişdir.

Rəfiqə

Digər xəbərlər