PDF Oxu

Sosial

  • 91

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Türkiyənin Anadolu Agentliyinə müsahibə verib

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Türkiyənin Anadolu Agentliyinə müsahibə verib

Bilal Dündar: "Arxiv tarixi materiallarında sübuta yetirilir ki, türk xalqı heç vaxt qırğın törətməyib"

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar 1915-ci il hadisələri ilə əlaqədar Türkiyənin Anadolu Agentliyinə müsahibə verib. B.Dündar reportajda Azərbaycan Heydər Əliyev Kültür Evində yaradılmış soyqırımı Muzeyindəki ermənilər tərəfindən törədilmiş soyqrımı aktlarını sübüt edən kütləvi məzarların şəkillərini göstərərək, ermənilərin 24 aprel tarixində baş verənləri uydurduqlarını bildirib. O deyib ki, türklərin Lozanna və Çanaqqala zəfərlərini həzm edə bilməyən ermənilər məğlubiyyətlərinin qisasını almaq üçün hər cür yalan və iftiralardan istifadə edir, 24 apreli "erməni soyqırımı" kimi dünyada qəbul etdirməyə çalışır.

"1915-ci ildə Osmanlı vətəndaşı olan ermənilər şərqi və cənub-şərqi Anadoluda, Qars-Ərzurum və Ağrıda 130 min günahsız türkü vəhşicəsinə qətlə yetirdikləri halda, Osmanlı hakimiyyəti ermənilərin, hətta yol xərclərini qarşılayaraq onları İran, İraq, Suriya və digər ölkələrə köçürmüşdü. Bir çoxunun mallarının və əşyalarının əvəzi də ödənilmişdi"-deyə TADEF rəhbəri vurğulayıb.

Eyni zamanda, B.Dündar Osmanlı dövlətində bir sıra ermənilərin nazir və general rütbəsi aldıqlarını, lakin tarix boyu bir çox imperialist dövlətlərin ermənilərdən alət kimi istifadə etdiklərini bildirib.

Reportajda Ermənistanın Azərbaycan torpaqlarının 20%-ini işğal etdikləri, Xocalıda bir gecədə 613 insanı vəhşicəsinə qətlə yetirdikləri, dinc əhaliyə qarşı törətdikləri soyqırımı aktlarından bəhs edilib.

"Arxiv tarixi materiallarında sübuta yetirilir ki, türk xalqı heç vaxt qırğın törətməyib. Bizim keçmişimizdə qaranlıq və utancverici heç nə yoxdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması isə hər birimizin tarix qarşısında olan borcudur" - deyə təşkilat sədri vurğulayıb.

NƏZAKƏT

Digər xəbərlər