PDF Oxu

Sosial

  • 81

YAP Tərtər rayon təşkilatında Zərifə xanım Əliyevanın 93-cü ildönümü qeyd olununb

YAP Tərtər rayon təşkilatında Zərifə xanım Əliyevanın 93-cü ildönümü qeyd olununb

YAP Tərtər rayon təşkilatı Tərtər rayon icra hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, səhiyyə şöbəsinin, həkim və tibb işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları ilk öncə rayonun Heydər Əliyev Mərkəzinin foesində görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş stendlə tanış olublar.

Rayonun Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbiri Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. Yığıncaq iştirakçıları öncə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin və görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, ərazi ilk partiya təşkilatının sədri Yaşar Hüseynov tədbirdə çıxış edərək görkəmli alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif dövrləri, Onun bir həkim olaraq insanlara qarşı olan sonsuz qayğısının tükənməz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Y.Hüseynov akademik Zərifə xanım Əliyevanın hər kəsə örnək olan ana, alim və gözəl qadın olmaqla yanaşı, həm də Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olduğunu vurğulayıb.

Tədbirdə uşaq xəstəxanasının poliklinika şöbəsinin müdiri Zəhra Əliyeva, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, rayon mərkəzi xəstəxanasında həkim-oftamoloq Lalə Rəhimli və başqaları Zərifə xanım Əliyevanın ailədə cəfakeş, diqqətli bir ana, sədaqətli həyat yoldaşı olduğunu vurğulayıblar. Çıxış edənlər onu da qeyd ediblər ki, görkəmli oftalmoloq-alim Zərifə xanımın xatirəsi həmişə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov görkəmli oftalmoloq-alim, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, Azərbaycana Prezidentimiz İlham Heydər oğlu Əliyev kimi layiqli övlad bəxş edən, bütün analara nümunə təcəssümü olan Zərifə xanım Əliyevanın tibb sahəsində, xüsusilə göz xəstəlikləri və müalicəsi ilə bağlı əldə etdiyi yeniliklərin bu gün də tibb elmində davamlı şəkildə istifadə edilməsi barədə iştirakçılara geniş məlumat verərək tədbiri yekunlaşdırmış, həkimlərimizə öz sənətlərini onun kimi sevməyi, insanların sağlamlığı keşiyində Zərifə xanım kimi dayanmağı tövsiyə edibdir.

Ü.ƏSGƏROV

Digər xəbərlər