Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Səbail rayonunun bütün idarə, təşkilat və müəssisələrində, elm və təhsil ocaqlarında dahi şəxsiyyətin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri 189-190 saylı orta məktəbində Səbail rayon icra hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, rayonun pedaqoji işçilərinin, ictimaiyyət nümayəndəlrinin və məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbir olubdur.
Tədbiri açıq elan edən 189-190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Ceyran Kuliyeva qonaqları salamlayaraq, tədbirin əhəmiyyəti barədə danışıb.
Sonra məktəb şagirdləri ədəbi-bədii kompozisiya ilə qonaqlar qarşısında çıxış ediblər.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan danışıbdır.
"Biz bir Azərbaycan xalqı kimi öz çoxillik tariximizdə bəlkə də ən layiqli illəri, məhz bu gün yaşayırıq. Bu, ilk növbədə dahi insan Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən siyasətin nəticəsidir"- deyən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov onu da vurğulayıb ki, Azərbaycan xalqı öz çoxillik tariximizdə bəlkə də ən layiqli illəri, məhz bu gün yaşayır. Bu, ilk növbədə dahi insan Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən siyasətin nəticəsidir: "Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri, sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çox sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər vardır. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının, millətinin lideri kimi tarixə həkk olmuşdur".
E.Əzizov onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yaradılması və özünə layiqli siyasi varis olan İlham Əliyevin hazırlanması olmuşdur: "Məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayıb".
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat yolunun, onun zəngin irsinin bugünkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğulayaraq, şagirdlərə vətənimiz üçün layiqli və vətənpərvər vətəndaş olmalarını arzulayıbdır.
A.SƏMƏDOVA