PDF Oxu

Sosial

  • 88

Yevlaxda akademik Zərifə Əliyevanın 93-cü ildönümü keçirilib

Yevlaxda akademik Zərifə Əliyevanın 93-cü ildönümü keçirilib

YAP Yevlax rayon təşkilatı qadınlar şurası görkəmli oftamoloq-alim Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş tədbir keçirdi. Tədbiri giriş sözü ilə YAP Yevlax rayon qadınlar şurasının sədri Əminə Əhmədova açaraq eyd etdi ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftamologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. "Bütün həyatı boyu Ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti, xüsusilə cəlb edir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Görkəmli alim "Azərbaycanın kimya sənayesi müəssisələrində işçilərdə görmə orqanlarının vəziyyəti mözusunda" doktorluq işi yazaraq oftamologiya peşə xəstəlikləri problemlərinin profilaktikası üsullarının əsasını qoyub. Bütün bu tədqiqatların uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva oftamologiya sahəsində ən mötəbər mükafata - akademik M.İ.Averbax adına mükafata layiq görülüb. Zərifə xanım elmi-pedaqoji fəaliyyətində yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılmasına da xüsusi diqqət yetirirdi.

Sonra çıxış edən Mərkəzi Şəhər Xəstəxanasının həkimi Niyaz Hüseynov vurğuladı ki, oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığının keşiyində dayanan çoxsaylı həkim-oftamoloqların yetişdirliməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın "Əməkdar elm xadimi" adına layiq görülən Zərifə xanım bütün elmi yaradıcılığı və fəaliyyəti ilə Azərbaycan elminin, Azərbaycan oftalmologiyasının fəxri idi " . Niyaz Hüseynov vurğuladı ki, Zərifə Əliyevanın elmi fəaliyyətinə oftalmologiya elminin müasir problemlərinə dair bir sıra tədqiqatlar, 12 monofqrafiya, bir neçə dərs vəsaiti, 160-dan artıq elmi məqalə, 1 ixtira və 12 səmərələşdirici təklif daxildir.

Sonra YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış etdi. O, qeyd etdi ki , "Akademik Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri ilə yanaşı həm ideal bir həkim, alim, xeyirxah və nəcib insan, həm də Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir, müstəqil Azərbaycan dövlətinin xilaskarı, meamarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin ömür yoldaşı, Ulu Öndərin ideyalarının, siyasi kursunun layiqli davamçısı, xalqımız etimad göstərdiyi və taleyini, dövlətçiliyini etibar etdiyi Prezident İlham Əliyevin anası kimi xatirələrdə yaşayır və daim yaşayacaq ".

Sonda Yevlax rayon icra hakimiyyəti başçısının müavini Elnarə Məmmədova çıxış edərək görkəmli akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışdı. Qeyd olundu ki, Zərifə xanım Əliyeva görmə orqanında peşə xəstəliyini öyrənən ilk oftalmoloq-alimdir. Onun insanlıq naminə yüksək keyfiyyətləri və məziyyətləri həkimlər və tibb işçiləri üçün həmişə nümunə, örnək olaraq qalacaq, hörmət və ehtiramla xatırlanacaq.

Rəfiqə

Digər xəbərlər