PDF Oxu

Sosial

  • 82

Pirallahı rayonunda "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda tədbir keçirildi

Pirallahı rayonunda "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda tədbir keçirildi

Dünən Pirallahı rayon icra hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Pirallahı rayonu 243 nömrəli tam orta məktəbdə "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan 243 nömrəli tam orta məktəbin direktoru Vaqif Tarverdili əvvəlcə tədbir iştirakçılarını salamladı və Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu bildirərək, məktəblərdə keçirilən bu tədbirlərin əhəmiyyətindən danışdı.

Tədbirdə çıxış edən Pirallahı rayon icra hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev dini radikalizmin mahiyyəti haqqında ətraflı məlumat verdi. O, həmçinin vurğuladı ki, Pirallahı rayonunda müxtəlif xalqların nümayəndələrinin yaşamasına baxmayaraq, burada tolerantlıq mədəniyyəti yüksək səviyyədə qorunub saxlanılır. Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir.

Sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev multikulturalizm anlayışı, multikulturalizm sahəsində ölkəmizdə görülən işlər haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, bildirdi ki, multikulturalizm ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, xalqımızın tarixi köklərinə dayanan bir həyat tərzidir. Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü Səməd Əhmədov öz çıxışında qeyd etdi ki, heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.

SAMİR

Digər xəbərlər