PDF Oxu

Sosial

  • 70

ŞƏXSİYYƏT

ŞƏXSİYYƏT

Əlimə qələm almağıma səbəb unudulmaz Şəxsiyyətimiz olan Heydər Əliyevə sonsuz hörmət və məhəbbətimdəndir.

Xalqımıza isə yuxarıda yazılan sözlərin tam səmimi olduğuna inanmağını rica edərəm və bu pərəstişin, vurğunluğun başlanğıcı 1970-1980-ci illərə söykənir. Qısa bir açıqlama vermək üçün SSRİ-nin çox güclü ideologiyası olan zamana müraciət edək. Bakı şəhərində inqilabi fəaliyyətdə olmuş və Qızıl Ordunun Azərbaycan torpağına daxil olmasına zəmin yaratmış insanları tanıtmaq, Sovetlər Biriliyinin ideoloji silahı idi. Dahi Öndərimiz o illərdə çox incə bir siyasət yürüdərək məkanda, o zamankı dövrdə bir manevr etdi, yəni şəhərin bir neçə yerində qeyri-millətdən xüsusi xidmətləri olanlar üçün abidələr büstlər qoyuldu.

Diqqət edin, yuxarda qeyd etdiklərimin müqabilində Məşədi Əzizbəyov, Musabəyov və ən mühümü Nəriman Nərimanovun şəhərin yüksək yerində ucaldılmış nəhəng heykəli sanki SSRİ-i məkanına meydan oxudu.

Bunları söyləmək hal-hazırda çox asan görünür, fəqət o zaman üçün təhlükəli və riskli bir addım idi.

N.Nərimanov fikirli halda yüksəklikdən şəhərə baxır, müqayisədə, çox aşağıda yerləşən Vladimir İliç Lenin, Sergey Mironoviç Kirovdan bu ölkədə nə işiniz var deyə sual edirdi.

Düşünülmüş və incəliklə yürüdülmüş bu siyasət, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə Sovetlər Birliyinə ünvanladığı bir sorğu idi.

Böyük insanın sətiraltı, yəni batini siyasətinin nəticəsi bu gün də gündəmdədir.

Yuxarıdakıları mövzuya giriş üçün başlanğıc hesab edək və yaşadığımız zamana qayıdaq. Heydər Əliyevin varisinin haqqında "Mən Ona özüm kimi inanıram" söylədi.

Bu gəlişi gözəl sözlər yox, yəni Allah-Təala-nın insanlar üçün, kütləni öz arxasınca aparmağa qadir, "Kamil-İnsan"lardan sayılan, həmçinin nəsihətlər edərək, gələcəkdə hansı yolla getməyi uzaqgörənilklə söyləmiş Dahi Şəxsiyyətin işləri idi.

2006-cı ildə Ümummilli Lider Heydər Əliyevin qələmə alınmış, ikinci müəllif olduğum "O tu cahana sığmadı" yazısında və çox saylı məqalələrdə geniş verilmişdir.

Sovet Təhlükəsizlik Məktəbinin içində/böyümüş, Komunizm siyasətinin ən incə məqamlarına bələd olan Heydər Əliyevin qəlbində Allah Nuru olanlardan idi. Ailənin Allah-Təala-ya dərin inamı, gələcəkdə dünyanm inkişaf etmiş ölkələrində hörmət və ehtiramla çəkiləcək qoyulmuş ad da özünü biruzə verdi, belə ki, ad və soyad sanki Rəbb-in bir sirri idi və bu şəxsiyyətdə cəmlənərək qədim Odlar Yurdunda bir Nura çevrildi və xalqınm yoluna işıq salaraq onları gələcəyə aparmaq üçün çox qısa zaman kəsiyində böyük işlər gördü və onları davam etdirərək, irəliyə addımladacaq bir baza yaratdı.

Dünyasım dəyişdiyi vaxt, 2003-cü il tarix üçün böyük zaman deyil, lakin təməlini qoyduğu Ceyhan Neft Kəmərinin başa çatdıqdan sonra ölkəmizdə görülən böyük işlər, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər səviyyəsnə çatmağı Dahi şəxsiyyətin parlaq siyasətinin nəticəsidir.

"Azərbaycan dünyaya günəş kimi doğacaq" söylədi Heydər Əli-Rza oğlu və ruhun şad olsun, Ulu Öndərimiz o gün gəldi.

Böyük Peyğəmbərimiz Həzrəti Məhəmməd (ə.s) buyurmuşdu: "Seyyidlər mənim qohum-əqrəbalarımdır".

Gənc Prezidentimiz İlham Əliyev və kökü Həzrəti Məhəmməd (ə.s) bağlanan Mehriban xanımın apardıqları siyasət, dünya arenasında, ölkəmizin öz sözünü deyə bilməsi, iqtisadi cəhətdən çox böyük inkişafdan xəbər verir.

"Xətti yox millətimin bu millətlər içində" demişdi Məhəmməd Hadi. Rahat uyu məzarında dahi şair, ruhun cənnəti-məkan olsun.

İlham Heydər oğlu və Mehriban xanımın birgə səyləri və pillə-pillə apardıqları siyasətin nəticəsi, milləti millətlər səviyyəsinə qaldırdı və məkanımızın xətti də səsi də "Allah" sədalı muğamla dünyanı fəth etdi.

1923-cü ildə Heydər Əliyev dünyaya göz açdı, əgər ruhun təkrar doğuluşunu qəbul etsək, bəlkə də adındakı "Heydər" doğuldu.

P.S. Əziz oxucu, qəlbimdən keçən daha bir fikri sizlərə çatdırmaq istərdim. Heydər Əliyev və böyük yazıçı Seyyid Mir Cəlal, bu yaxınlıq təsadüf sayıla bilməz və burada da heç bir şüpəniz olmasın ki, Uca Tanrının bir sirri vardır.

Ruhun şad olsun ey Böyük Şəxsiyyət, sevdiyin Vətənin əmin əllərdədir. Amin!

Rəna Rəşidova,

həkim

Digər xəbərlər