PDF Oxu

Sosial

  • 72

"Şahin" hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyi keçirilib

"Şahin" hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyi keçirilib

54 saylı tam orta məktəbdə "Şahin" hərbi-idman oyunlarının Nəsimi rayonu üzrə final mərhələsi keçirilib. Yarışlarda rayonunun 24 orta ümumtəhsil məktəbinin 350-yə yaxın şagirdi iştirak edib. Tədbir iştirakçıları ilk öncə aprel ayının əvvəllərində düşmən təxribatının qarşısını alarkən şəhid olanların xatirəsini yad etdilər. "Şahin" hərbi-idman oyunlarında əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyyəsinə diqqət və qayğının daha da artırılması həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir. Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, son vaxtlar erməni işğalçıları ilə gedən şiddətli döyüşlərdə zabit və əgərlərimizin şücaət göstərərək düşmənə layiqli cavab verməsi, bəzi strateji əhəmiyyətli yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi, yeniyetmə və gənclərimizdə vətənpərvərlik hisslərinin gücləndirilməsində bu oyunların vacibliyini bir daha sübut edir: "Bu gün ölkədə aparılan islahatlar idman sahəsində də özünü göstərir. Belə ki, son illərdə idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar, qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycan gəncləri Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx birləşiblər".

Daha sonra Nəsimi rayonu üzrə 24 məktəbin 350 şagirdi arasında keçirilən hərbi yarışa start verildi. Əvvəlcə komandalar təntənəli marşla və musiqinin müşayiəti ilə tribuna önündən keçdilər. Komandalar "sıra hazırlığı" da daxil olmaqla 8 mərhələ üzrə öz güclərini sınadılar. Hakimlər heyətinin qərarına əsasən I yerə 23 saylı məktəbin II yerə Bakı Atatürk Liseyinin III yerə isə 54 saylı məktəbin komandaları layiq görülmüşdür.

Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nəsimi rayon məktəblərinin direktorları iştirak edirdilər.

R.HÜSEYNOVA

Digər xəbərlər