PDF Oxu

Sosial

  • 58

Sərhəd nəzarət məntəqələrində 590 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür

Sərhəd nəzarət məntəqələrində 590 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür

Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin aprel ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqlarına görə 26 halda 39 nəfər saxlanılmış, onların 12 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Banqladeş, 5 nəfəri Nigeriya, 4 nəfəri İran İslam Respublikası, 3 nəfəri Özbəkistan, 2 nəfəri Gürcüstan, hər ölkədən bir nəfər olmaqla Əfqanıstan, Tacikistan, Fransa, Syerra-Leone və Moldova vətəndaşı olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 15 nəfər, Xəzər dənizində 42 halda 68 nəfər, Sərhəd nəzarət məntəqələrində 469 halda 590 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 342 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 506 kiloqram 183,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Aprel ayının 20-də Biləsuvar rayonunun Biləsuvar kənd ərazisindəki zastavanın xidməti sahəsində rayon sakinləri Əsgərov Mübariz Müqabil oğlu və Məmmədzadə Anar Qurbanəli oğlu 1010 qutu "DC", 490 qutu "MM" markalı siqaret və 1 kq qurudulmuş marixuana ilə yaxalanmışlar.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 116 halda ümumi dəyəri təqribən 20 milyon 401 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd tapança, 1 ədəd pnevmatik tüfəng, 17 000 Azərbaycan manatı , 29988 qutu siqaret, 600 qram civə, 92 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, spirtli içki və sənaye malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

RƏFİQƏ

Digər xəbərlər