PDF Oxu

Sosial

  • 33

Qaradağda Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Qaradağda Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Xalqımızın Ulu Öndəri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 93 illiyi münasibəti ilə ölkəmizdə müxtəlif məzmunlu tədbirlər keçirilməkdədir. Qaradağ rayonunda da Heydər Əliyevin 93-cü ildönümü yubileyi ilə bağlı ayrı-ayrı tədbirlər keçirilir. Təşkil olunan silsilə tədbirlər çərçivəsində may ayin 10-da rayon ərazisində ağacəkmə aksiyası keçirilib.

Qaradağ rayonunda Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da iştirak edirdilər. Ağacəkmə kampaniyası Qaradağ rayonundakı bütün park və yaşıllıqları əhatə etmişdi. Rayon ictimaiyyətinin yaxından iştirak etdiyi aksiyada ölkəmizin iqlim şəraitinə uyğun, dözümlü və dekorativ cəhətdən yaraşıqlı ağaclar əkilmişdir.

Ümumilikdə, rayon ərazisində otuz min gül-çiçək və bəzək kolu, 13 minə yaxın həmişəyaşıl dekorativ ağac əkilmişdir. Ağacəkmə kampaniyası rayon ictimaiyyətinin nümayəndələri tərəfindən böyük razılıqla qarşılandı.

R.Hüseynova

Digər xəbərlər