PDF Oxu

Sosial

  • 44

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Səbail rayonunda silsilə tədbirlərlə müşahidə edilir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Səbail rayonunda silsilə tədbirlərlə müşahidə edilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş tədbirlər paytaxtın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir. Əlamətdar gün ərəfəsində rayonda keçirilən silsilə tədbirlər çərçivəsində ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, yeni ağaclar əkilib. Bununla əlaqədar son ay ərzində həftənin şənbə və bazar günlərində rayonun müxtəlif yaşayış sahələrində, o cümlədən "Şıx" ərazisində, 50 ha sahədəki dağ massivində Səbail rayon icra hakimiyyəti tərəfindən salinan Ekoloji Parkın ərazisində ağacəkmə aksiyaları keçirilib.

Ulu Öndərin doğum gününə həsr olumuş növbəti genişmiqyaslı ağacəkmə aksiyası "Şıx" ərazisindəki yamacda salınan Ekoloji Parkın ərazisində rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Yamacda salınan parkın ərazisində son 1 ayda keçirilən ağacəkmə aksiyalarında kəskin dağ yamacı, böyük maillik olan ərazidə buranın landşaftına və yerli iqlimə uyğun 20 min yeni Eldar şamı, oleandr və digər ağaclar əkilib.

Keçirilən aksiya zamanı həmin gün ərzində 5 min ədəd yeni ağac əkilmiş, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir. Ümumilikdə isə, ölkə başçısının tapşırıqlarına əsasən salınan Ekoloji Parkda ilin əvvəlindən etibarən əkilən ağacların sayı 80 minə çatıb.

Eyni zamanda, Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında rayon ictimaiyyəti nümayəndələri və ayrı-ayrı istedadlı gənclər tərəfindən özlərinin bacarıq və istəklərinə uyğun gül və gül-kol bitkiləri əkilmiş, gənclərin sərbəst qaydada öz fantaziyalarına uyğun müxtəlif kompozisiyalar hazırlanıb nümayiş etdirilib. Mərkəzdəki "Sahıl bagı" güllərdən yaradılan kompozisiyalarla başdan-başa bəzədilib, parkın bütün perimetri üzrə yeni çiçəklər əkilib, qazon örtüyü yenilənib, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılıb, parkdakı işıq dirəkləri al-əlvan güllərdən ibarət dibçəklərlə bəzədilib. Təkcə "Sahil bağı"ndakı gül kompozisiyalarının yaradılmasında 50 min ədəd güldən istifadə olunub.

Bu kimi tədbirlərun həyata keçirilməsi Bakı sakinləri və şəhərimizin qonaqları üçün də xoş təəssürat və məmnunluqla qarşılanmaqdadır.

Rəfiqə

Digər xəbərlər