Açıq Səhmdar Cəmiyyətinin məlumatı
Hörmətli Səhmdarlar!
Sizi "Riyaziyyat-Mexanika XKB" ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağına dəvət edirik.
Yığıncaq Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 102 ünvanında, 27 iyun 2016-cı il tarixində saat 14.00-da "Riyaziyyat-Mexanika XKB" ASC-nin binasında keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. 2015-ci təsərrüfat ilinin yekunlarına dair hesabatların, balansın müzakirəsi və təsdiqi.
2. "Riyaziyyat-Mexanika XKB" ASC-nin ləğv edilməsi.
3. "Riyaziyyat-Mexanika XKB" ASC-nin ləğv edilməsi ilə əlaqədar olaraq İdarə Heyətinin üzvlərinin vəzifələrindən azad edilməsi.
4. "Riyaziyyat-Mexanika XKB" ASC-nin tösviyəçisinin təyin edilməsi və ona qanuni təmsilçilik ilə bağlı bütün səlahiyyətlərin həvalə edilməsi.
Yığıncağın gündəliyi üzrə materiallarla I-V günlər cəmiyyətin binasında tanış olmaq olar.
Səhmdarlar yığıncaqda şəxsən (şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə) və ya nümayəndə vasitəsilə (etibarnamə və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə) iştirak edə bilər.
əlaqə nömrəsi: 373-40-40, 050 346 71 01
"Riyaziyyat-Mexanika XKB" ASC-nin
İdarə Heyətinin sədri: K.C.Hacıyev