Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında ATGTİ-nin Elm və təhsil departamenti tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası multikulturalizm və dini məsələlər üzrə müşavirliyi xidmətinin baş mütəxəssisi Rəvan Həsənovun iştirakı ilə "Multikulturalizm və gənclik" mövzusunda seminar həyata keçirilib.SİA-nın məlumatına görə, ilk öncə Azərbaycan Respublikasının himni səsləndirildi. Çıxışa Elm və təhsil departamentinin direktoru Əzizə Nəcəfova multikulturalizm haqqında məlumat verməklə başladı. ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyev bu məsələ ilə bağlı dövlət başçısının qayğısını xüsusilə vurğulayıb. Rəvan Həsənov ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində gənclərlə görüşün keçirilməsini təqdirə layiq bir addım olduğunu bildirib.Seminarda iştirak edən gənclər multikulturalizm, plüralizm, tolerantlığın mahiyyəti ilə, Azərbaycanın bu sahədə əldə etdiyi və edəcəyi uğurları ilə bağlı əhəmiyyətli məlumatlar əldə etmiş oldu.
sia.az