PDF Oxu

Sosial

  • 52

Azərbaycan və ABŞ hökumətləri Samuxda sosial-iqtisadi inkişafı gücləndirmək məqsədilə əməkdaşlıq edir

Azərbaycan və ABŞ hökumətləri Samuxda sosial-iqtisadi inkişafı gücləndirmək məqsədilə əməkdaşlıq edir

Samux rayonunun Qədili kəndinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat Nazirliyini rəsmiləri və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) icmada qeyri-içməli su təminatının yaxşılaşdırılması layihəsinin başa çatmasını qeyd etmək üçün bir araya gəliblər. Tədbirdə məlumat verilib ki, layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub və USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib.

Qeyd edək ki, Samux rayonunun Qədili kəndi rayon mərkəzindən 18 kilometr aralıda yerləşir. Kənd sakinləri uzun müddət qeyri-içməli su çatışmazlığından əziyyət çəkirdi. Məhz bu problemin həlli üçün SEDA proqramının dəstəyilə icma yerli və regional hökumət qurumları ilə birgə işləyərək artezianların birində 12 tonluq su çəni quraşdırılıb və onu biri kənd məktəbinin həyətində olmaqla icma boyu 93 krana birləşdirilib. Vurğulamaq lazımdır ki, layihə nəticəsində kəndin 400-dən artıq sakininin həyat səviyyəsi və sanitar şəraiti yaxşılaşacaq.

Bu günə kimi, EWMI/SEDA Azərbaycanın 65 icmasında 96,500-dən çox insana fayda verən 73 layihə həyata keçirib. SEDA proqramı vasitəsilə EWMI icmalarda sosial-iqtisadi inkişafı genişləndirmək üçün vətəndaşlar, vətəndaş cəmiyyəti və hökumət orqanları arasında əməkdaşlığı təşviq edir.

R.HÜSEYNOVA

Digər xəbərlər