PDF Oxu

Sosial

  • 59

Cari ilin yanvar-mart aylarında Yasamal rayonunun sosial- iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

Cari ilin yanvar-mart aylarında Yasamal rayonunun sosial- iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

Respublikamızın bütün rayonlarında olduğu kimi, cari ilin yanvar-mart ayları Bakının Yasamal rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri yüksək olub. Xüsusilə də, bütün sənaye müəssisələri tərəfindən 20194,6 min manatlıq məhsul istehsal olunub. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 94 faiz təşkil edir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 78,1 faiz təşkil edir.

Həmçinin, yanvar-mart aylarında rayonun nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 598222,3 min manatlıq xidmətlər göstərilibdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur. Hesabat dövründə fəaliyyət göstərən rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə 166279,8 manat dəyərində xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz artıq olmuşdur.

Rayonun tikinti kompleksində sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 102440 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 69,4 faiz çoxdur. İstifadə olunmuş vəsaitin 83845,9 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilimişdir ki, ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur. Eyni zamanda, rayonun ticarət şəbəkəsindən əhaliyə 570492,6 min manatlıq məhsul satılmış, 17528,8 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi 5,7 faiz, iaşə xidmətləri isə 7,8 faiz artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 90 faiz təşkil etmişdir. İstehlak məhsullarının 4,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 60,7 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 34,7 faizi isə məhsul bazarlarında satılmışdır. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 592,3 manat olmuşdur.

Yasamal rayonu

Statistika İdarəsi

Digər xəbərlər