PDF Oxu

Sosial

  • 33

Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri "OLAYLAR"ın qonağı olub

Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri "OLAYLAR"ın qonağı olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner "OLAYLAR" qəzetinin qonağı olub. Qəzetin baş redaktoru, yazıçı-publisist Yunus Oğuzla görüşən diplomat sözügedən mətbu orqanın fəaliyyəti, dövriliyi barədə maraqlanıb. Baş redaktor, öz növbəsində Ufuk Turqaneri Azərbaycanda yeni fəaliyyətə başlaması münasibətilə tərbik edib, ona diplomat həyatında uğurlar arzulayılb. Ufuk Turqaner Yunus Oğuzun müəllifi olduğu kitablar, tarixi romanlarla da maraqlanıb. Diplomatın yazıçının müəllifi olduğu kitabların Şimali Kipr Türk Respublikasında da yayılması təklifinə cavab olaraq Yunus Oğuz qələmə aldığı kitabların dünyanın bir sıra ölkələrində, eləcə də qardaş Türkiyədə işıq üzü gördüyünü diqqətə çatdırıb. Yunus Oğuz bildirib ki, müəllifi olduğu kitabların Türkiyədə yayımı və satışı ilə "Bilge Oğuz" Yayım Evi məşğul olur və həmin yayın evinə sifariş verilməklə kitablar Şimali Kipr Türk Respublikasına çatdırıla bilər. Sonda Yunus Oğuz müəllifi olduğu bir neçə kitabı imzalayaraq diplomata təqdim edib.

Digər xəbərlər