PDF Oxu

Sosial

  • 51

Maliyyə Bazarlarına Nəzarət Palatası tələbələr üçün yay təcrübə proqramını təşkil edəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası tələbələr üçün yay təcrübə proqramını təşkil edəcək

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "ADA" Universitetində karyera günü təşkil edib.Palatadan AZƏRTAC-a bildiriblər ki, regionun aparıcı təhsil ocağı sayılan "ADA" Universitetinin məzunları, MBA və EMBA tələbələri üçün keçirilən karyera günündə MBNP, işə qəbul imkanları və şərtləri barədə, eyni zamanda, qurumun maliyyə bazarında həyata keçirdiyi işlər və layihələr haqqında ətraflı məlumat verilib.Karyera günündə iştirak etmiş bütün namizədlərin iş müraciətləri qeydiyyatdan keçirilib və müvafiq tələblərə uyğun gələn namizədlərlə müsahibələr təşkil ediləcək.Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İnsan resursları idarəsinin rəisi Aidə İbrahimova bildirib ki, MBNP vakant vəzifələrin yüksək ixtisaslı kadrlarla komplektləşdirilməsi, gənc və istedadlı namizədlərin işə cəlb edilməsi istiqamətində ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Bu məqsədlə cari ilin yayında MBNP universitetlərin 4-cü kurs bakalavr və magistr tələbələr üçün yay təcrübə proqramını təşkil edəcək. Yay tətili ərzində proqrama qəbul olunmuş tələbələr MBNP-nin strateji departamentlərinin təcrübəsi ilə tanış olmaq və gələcəkdə müvafiq vakansiyalarda çalışmaq imkanı əldə edəcəklər.

AZƏRTAC

Digər xəbərlər