PDF Oxu

Sosial

  • 51

Dünyanın ordu gücləri içində özünəməxsusluğu ilə seçilən Azərbaycan

Dünyanın ordu gücləri içində özünəməxsusluğu ilə seçilən Azərbaycan

Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında

Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında ilk onluqda yer alıb. Bonn Danışıqlar üzrə Beynəlxalq Mərkəzinin (BICC) "2015 Qlobal Silahlanma göstəriciləri" ("The Global Militarisation Index 2015") hesabatında qeyd edilib. Azərbaycan 10 ölkə arasında 8-ci yerdə qərarlaşıb. Onluğa Azərbaycanla yanaşı, Ermənistan da daxildir. 1000 ballıq sistem üzrə Azərbaycan 786,44, Ermənistan isə 835,79 xal alıb.

Məsələ ilə bağlı münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, dünyada hər bir təşkilat və qurumun araşdırma üslubu var: "Azərbaycan Ordusunun dünya orduları arasında ön mövqedə olmasının səbəbi, torpaqlarının işğal altında olması faktı ilə bağlıdır. Bu, Azərbaycanın zərurətdən doğan bir durumudur. Bu baxımdan, Azərbaycan öz silah arsenalını daima yeniləyir. Dünya ölkələri ilə bu istiqamətdə olan münasibətlərini inkişaf etdirir. Ermənistan da çalışır ki, silahlanma yarışında Azərbaycandan geri qalmasın. Belə ki, Ermənistan silahlanmasını həm öz daxili imkanları hesabına, həm də havadarları hesabına həyata keçirir. Təbii ki, bu havadarları arasında Rusiya ilk yerlərdən birincini tutur. Amma Ermənistanın yaxın perspektivdə silahlanma baxımından Azərbaycana çata bilməsi mümkün deyil. Azərbaycanda, eyni zamanda, hərbi-dəniz qüvvələrinin gücləndirilməsi istiqamətində ciddi işlər görülür. Yeni hərbi-dəniz qərargahı yaradılıb. Qərargah ən böyük müasir avadanlıqlarla təmin edilib. Hesab edirəm ki, Azərbaycan Ordusunun tutduğu yer qürurvericidir. Belə reytinq təşkilatları zaman-zaman bu cür məlumatları verirlər. Bütün saldo göstəriciləri Azərbaycanın xeyrinədir. Ümid edirik ki, bunun müsbət göstəricilərini də görəcək".

Ü.ƏSGƏROV

Digər xəbərlər