Ulu Öndərimiz Heydər Əliyev 30 ildən artıq Azərbaycan Respublikasına rəhbərlik etmişdir. O, doğma vətənimizin tərəqqisi uğrunda gecəli-gündüzlü çalışmışdır. Onun ən böyük arzusu Azərbaycanı öz-özünü hər şeylə təmin edə bilən müstəqil yaşamağa qadir olan bir ölkəyə çevirmək idi.
Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi gün çətin və inqilabi dəyişikliklər dövrü kimi tariximizdə əbədi iz qoymuşdur.
1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın təşkilat məsələlərinə həsr olunmuş plenumda 46 yaşlı Heydər Əlirza oğlu Əliyevin Azərbaycan rəhbərliyinə gəlişini xalqımız böyük sevinclə qarşıladı. Heç yadımdan çıxmayan bir gün ki, mən həmin gün dünyaya gəlmişdim və həmin ildə də S.M.Kirov adına ADU-nun filologiya fakültəsinin birinci kursunu bitirib istirahətə getmişdim. Həmin gün bizim evdə iki şadyanalıq qeyd olundu.
O vaxtadək Azərbaycanın adı keçmiş İttifaq məkanında həmişə sonuncu yerlərdən birində çəkilirdi.
Respublikamızı hərtərəfli yüksəliş mərhələsinə çatması üçün sağlam mənəvi mühit yaratmaq, mərkəzi hökumətin ögey münasibətini dəyişmək üçün qətiyyətli söz deməyi və iş görməyi bacaran doğma diyarın və xalqının mili-mənəvi dəyərlərinin təəssübünü çəkən rəhbər lazım idi. O dövrdə Azərbaycanın siyasi hakimiyyətinə gələn Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev belə rəhbər idi.
1970-ci illərin əvvəllərindən başlayaraq, respublikada müsbət dəyişikliklərin ab-havası hiss edilirdi. Respublika əhalisi rəhbərin haqsızlığı, rüşvətxorluğa korupsiyaya qarşı mübarizə kursunu iqtisadiyyatın dirçəlməsi, insanların sosial rifah halının yaxşılaşdırılması üçün səylərini elm, təhsilin və mədəniyyətin inkişafına göstərdiyi qayğını alqışlayır və Ona hər cür kömək etməyə hazır olduqlarını bildirirdilər.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın problemlərini təkidlə İttifaq hökuməti qarşısında qaldırır, mərhələ-mərhələ həllinə nail olurdu. Respublikanın paytaxtı Bakı nəhəng tikinti meydançasını xatırladırdı. Bir vaxtlar biz qayalardan başqa gözə heç nə dəyməyən Əhmədli, Günəşli yaylalarında, sözün əsl mənasında, səhər içində səhər yaradılmasını, metropoliten stansiyalarının sürətlə inkişafını Xəzərin sahilində "Dostluq" bağının salınmasını öz gözlərimizlə görmüşdük. O dövrdə istifadəyə verilən Kondinsonerlər Zavodunun, "Şelflayihətikinti" Birliyinin Bakıda və respublikanın rayonlarında tikilən başqa sənaye nəhəngləri barədə daha konkret təsəvvür yaranır. Kənd təsərrüfatındakı nailiyyətlərin də miqyası böyük idi. Respublika üzümçülüyün və pambıqçılığın inkişafında misilsiz nailiyyətlər qazanır. Bununla paralel rayonlarda mükəmməl emal sənayesi yaradılırdı. 70-80-cı illərdə Azərbaycanın inkişafından söhbət açarkən, Heydər Əliyevin həmişə diqqət mərkəzində saxladığı elm və təhsil, mədəniyyət sahəsindəki uğurları da xüsusi qeyd etmək lazımdır. O vaxtlar bəlkə də hər gün dövlət əhəmiyyətli bir mədəni tədbir, yubiley keçirilirdi və yaxud Heydər Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanın oğul və qızlarının keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsini xatırlayıram. İndi bu kadrlar müstəqil Azərbaycanın inkişafı üçün çox iş görürlər...
Bunu da qeyd etmək lazımdır ki, 70-80-ci illərdə mən ABU-da əyani təhsil alarkən, 1971-ci ildə 8-ci çağırış deputatlığa əyani təhsil alan tələbələrdən deputat seçilməsi məsləhət bilinmişdir. O zaman tələbələrdən Yaqub Eyyubovun və mənim namizədliyim irəli sürülmüşdü. 15 iyun 1971-ci ildə Oktyabr rayonu 65 saylı seçki dairəsindən deputat seçilmişəm. Deputat bileti №168 mənə nəsib olmuşdu. Bəli, ilk baxışda romantik görünən bu diqqət, əslində Azərbaycanın müasir tarixinin real mənzərəsini özündə əks etdirirdi.
Ulu Öndərimizin Azərbaycanın çətin günlərində biz gənclərə qayğı ilə yanaşması elmdə, təhsildə daha da ciddi, mükəmməl təhsil almağımıza böyük ruh yüksəkliyi verirdi. Vaxtilə Ulu Öndərimiz Heydər Əliyevin keçirdiyi böyük quruculuq işləri Azərbaycanı daima müstəqil həyata hazırlayırdı. O illər Azərbaycan Respublikasının inkişafında qəti dönüş illəri olmuşdur. 1993-cü ilin yayında Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyevin diqqəti gənclərin üzərində olmuşdur. Ulu Öndər respublikanın rəhbəri kimi fəaliyyətə başladıqdan az sonra gənclərlə görüş keçirmişdir. Artıq ölkəmizdə gənclər siyasəti Böyük Öndərimizin səyləri sayəsində dövlət siyasəti səviyyəsinə yüksəlmişdi. İnandırıcı haldır ki, xalqımızın cavan Lideri Cənab İlham Əliyev digər istiqamətlərdə olduğu kimi, dövlətin gənclər siyasətində də fəaliyyətini təmin edir. Ölkəmizdə gənclərin fiziki və mənəvi cəhətdən sağlam yetişmələri üçün hər cür şərait yaradılmışdır.
Ümumiyyətlə, Cənab Prezidentimiz İlham Əliyevin çıxışlarına nəzər salsaq, görərik ki, O, təhsili gənclər siyasətinin və bütövlükdə, dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri hesab edərək, bu sahənin irəli aparılmasının dünya standartları səviyyəsinə qaldırılmasına ciddi səy göstərir. Ulu Tanrının "Qartal Vüqarlı Prezidentimizin daim nəzarətçisi olmasını bütün varlığımla Allahdan diləyirəm!"
Mürsəlova Ofelya Mürsəl qızı,
ADPU-nun Pedaqogika Kafedrasının baş müəllimi