PDF Oxu

Sosial

  • 32

Dəşkəsəndə təbii fəlakət olub

Dəşkəsəndə təbii fəlakət olub

Daşkəsən rayonu ərazisində 23 may 2016-cı il tarixdə saat 18-00 radələrində baş vermiş təbii fəlakət, yağış və dolu ilə müşaiyət olunan güclü külək əsməsi - qasırğa nəticəsində Daşkəsən şəhərinin 10-dan artıq yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatına və əkin sahələrinə ziyan dəymişdir.

1 nəfər şəhər sakininin fərdi minik avtomobilinin üzərinə ağac aşması nəticəsində avtomobil yararsız hala düşmüşdür.

Baş vermiş təbii fəlakət barədə aidiyyəti üzrə qurumlara məlumatlar verilmişdir. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

RƏFİQƏ

Digər xəbərlər