Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar Səbail rayonunda təşkil edilən silsilə tədbirlər çərçivəsində rayonun bütün orta məktəblərində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfranslar keçirilir. Səbail rayon icra hakimiyyəti və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan növbəti tədbir rayonun 7 saylı orta məktəbdə keçirilib.
İlk öncə qonaqlar məktəbin foyesində şagirdlərin əl işlərindən və rəsmlərindən ibarət sərgi ilə tanış olublar. Sonra məktəbin direktoru Könül Həsənova Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazlarını nümayiş etdirən şagirdlər həmin illərin xəritəsi qarşısında təmsil etdikləri obrazın dövrü və onun qazandığı uğurlar barədə məlumat verib.
Sonra məktəbin akt zalında "İstiqlalımız əbədidir" mövzusunda video-konfrans təşkil olunub və siniflərdə tarix, Azərbaycan və ingilis dili fənləri üzrə şagirdlərin istiqlal barədə mülahizələri dinlənilib.
Bunun ardınca, "Tariximiz dünən və bü gün" mövzusunda şagird araşdırmaları təqdimatı keçirilib. Məktəbin yuxarı sinif şagirdləri tərəfindən Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən mövzular barədə çıxışlar ediblər.
Qeyd olunubdur ki, Ulu Öndər Azərbaycan tarixini dərindən bilib və onu dərindən öyrənməyi həmişə uşaqlara tövsiyə etmişdir. Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir ki, "...Tariximizin hər səhifəsi bizim üçün əzizdir. Hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir".
Tədbirdə o da vurğulanıb ki, rayonun orta məktəblərində oxuyan şagirdlərin tariximizə olan marağanın daha da artırılması üçün bir sıra tədbirlər keçirilir, muzey və sərgi salonlarına ekskursiyalar təşkil olunur, tarixi film və teatr tamaşalarına kollektiv baxışlar təşkil olunur. Bu istiqamətdə görülən işlər çərçivəsində Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bu il məktəblərdə tarix konfransları keçirilib və yaxın günlərdə yekun konfrans təşkil olunaraq, bu tədbirlərdə fərqlənən şagirdlərin tariximizin müxtəlif dövrlərinə həsr olunmuş araşdırma monoqrafiyalarının kitab şəklində çap olunması nəzərdə tutulubdur.
Ü.ƏSGƏROV