Səbail rayon icra hakimiyyəti, YAP Səbail rayon təşkilatı və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə rayon məktəbliləri arasında şahmat turniri keçirilib. Səbail rayonunun 6 nömrəli məktəb-liseyində keçirilən turnirdə rayonun 10 məktəbinin (6, 7, 49, 50, 91, 132-134, 162, 189-190, 236, 239), ümumilikdə 40 nəfər şagirdi yarışıb.
Turnirin açılış mərasimində YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, beynəlxalq qrossmeysterlər Eltac Səfərli və Arkadi Naydiç iştirak ediblər.
Turnirin sonunda yarışda iştirak edənlər arasında ən yüksək xal toplayan birincilər fəxri kuboklar və medallarla təltif olunub.
RƏFİQƏ HÜSEYNOVA