PDF Oxu

Sosial

  • 31

Binəqədidə "Qarabağ həftəsi" layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib

Binəqədidə "Qarabağ həftəsi" layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib

Binəqədi rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon gənclər və idman idarəsinin təşəbbüsü, 126, 244 və 283 nömrəli orta məktəblərin birgə təşkilatçılığı ilə "Qarabağ həftəsi" layihəsi çərçivəsində Şuşa rayonu haqqında geniş təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlanıb. Daha sonra 126, 244 və 283 saylı orta məktəblərin istedadlı şagirdlərinin təqdimatında Şuşa rayonu haqqında ətraflı məlumat verilib. Zəngin ssenari əsasında hazırlanmış təqdimatda Şuşa rayonuna həsr olunmuş şeirlər, mahnılar və muğamlar ifa edilib, "Vaqif" pyesi əsasında səhnəcik göstərilib. Təqdimat mərasiminin ssenari müəllifi, 126 saylı orta məktəbin direktoru, şair, publisist Şəmsi Qoca "Qarabağ həftəsi" layihəsinin təşəbbüskarlarına kollektiv adından təşəkkürünü bildirib.

Mərasimdə çıxış edən 244 saylı orta məktəbin direktoru Yəhya Abbasov, 283 saylı orta məktəbin direktoru Tünzalə Zeynalova Şuşa rayonunun təqdimatına böyük həvəslə hazırlaşdıqlarını, hər bir şagirdin vətənpərvərliyin təbliğinə yönəlmiş bu işdə böyük əzmkarlıq nümayiş etdirdiklərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan dövləti Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görür, genişmiqyaslı tədbirlər həyata keçirir. Xüsusilə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və rəhbərliyi ilə əzəli torpaqlarımız olan Qarabağın ermənilər tərəfindən işğal edilməsi faktı bütün dünyaya bəyan edilir və oranın tarixi və mədəni həyatı geniş təbliğ olunur. Tədbirə yekun vuran YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov "Qarabağ həftəsi" layihəsi ilə bağlı fikirlərini bölüşüb. Diqqətə çatdırıb ki, bu layihənin irəli sürülməsində əsas məqsəd vətənpərvərliyin təbliği, Qarabağ həqiqətlərinin, onun erməni işğalçıları tərəfindən zəbt olunması faktını dönə-dönə xatırlamaq və gənclərə çatdırmaqdır. Bu layihə öz fərqli süjet xəttinə və əhatə etdiyi tarixə, coğrafi əraziyə görə təkcə Binəqədi rayonu hüdudlarında deyil, bütün Bakı şəhəri və ölkə üzrə önəmli yer tutur. R.Göyüşov, həmçinin Şuşa rayonu haqqında hazırlanan təqdimatın yüksək peşəkarlıqla təşkil edildiyinə görə təşkilatçılara, məktəblərin müəllim və şagird kollektivinə öz minnətdarlığını ifadə edib.

"Qarabağ həftəsi" layihəsi çərçivəsində Qubadlı rayonu haqqında təqdimat keçirilib

"Qarabağ həftəsi" layihəsi çərçivəsində keçirilən növbəti tədbir Qubadlı rayonunun təqdimatına həsr olunub. Binəqədi rayon icra hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon gənclər və idman idarəsinin birgə təşəbbüsü, "İdrak" Liseyinin təşkilatçılığı ilə "Qarabağ həftəsi" layihəsi çərçivəsində Qubadlı rayonu haqqında "Qubadlıya apar məni" adlı təqdimat keçirilib. Təqdimatdan öncə "İdrak" Liseyinin həyətində milli geyimli oğlan at belində gələrək, qonaqpərvərliyin rəmzi olaraq bütün qonaqları və Qubadlıdan olan ağsaqqalları adət-ənənələrimizə uyğun şəkildə salamlayıb. Daha sonra təqdimat rəsmi hissə ilə liseyin akt zalında davam etdirilib. Azərbaycanın dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimatı giriş sözü ilə "İdrak" Liseyinin təsisçisi və direktoru Mönsüm Alışov açaraq vətənpərvərlik mövzusuna həsr olunmuş layihələrin əhəmiyyətindən danışıb.

Təqdimatda Qubadlı rayonunun tarixi və etimologiyası haqqında "Tariximiz qan yaddaşımızdır" adlı slyadlar təqdim edilib, rayonun coğrafiyası, tarixi abidələri barədə ətraflı məlumat verilib. Təqdimatda çıxış edən Qubadlıdan olan ağsaqqallar Qubadlı rayonu haqqında xatirələrini bölüşüblər. Qubadlının zəngin tarixindən, adət-ənənələrindən danışıblar.

Təqdimatda yekun nitqi söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Binəqədi rayonunda müxtəlif aktual mövzulara həsr olunmuş silsilə layihələrin və tədbirlərin keçirildiyini diqqətə çatdırıb. "Qarabağ həftəsi" layihəsinin də rayon rəhbərliyinin dəstəyi ilə reallaşdırılan uğurlu layihələrdən biri olduğunu söylədi. Bu layihə haqqında ətraflı məlumat verərək, vətənpərvərliyin təbliğinin mühüm missiya olduğunu vurğuladı. O bildirib ki, Azərbaycan xalqı məğrur xalqdır, öz torpaqlarının müdafiəsindən qorxmur və müharibəyə hər zaman hazır olduğunu bəyan edir. Elə bu ilin 2-5 aprel tarixlərində cəbhə bölgəsində baş verən hadisələr və igid oğullarımızın Vətən uğrunda şəhid olması bunu bir daha sübut edib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər