PDF Oxu

Sosial

  • 40

"Multikultural dəyərlərin təbliğində gənclərin rolu"

"Multikultural dəyərlərin təbliğində gənclərin rolu"

YAP Zaqatala rayon təşkilatında bu mövzuda dəyirmi masa keçirilib

YAP Zaqatala rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Multikultural dəyərlərin təbliğində gənclərin rolu" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, rayon gənclər birliyinin sədri Ramin Həsənov və ərazi ilk partiya təşkilatlarını təmsil edən gənclər iştirak ediblər.

Giriş sözü ilə dəyirmi masanı açan rayon təşkilatının sədri H.Qurbanov multikulturalizm haqqında ətraflı məlumat verib. Qeyd edib ki, multikulturalizm ölkəmizdə yaşam formasına çevrilmişdir. Bu gün ölkəmizdə onlarla xalq mehribanlıq və əmin-amanlıqla yaşayır və öz mədəniyyətlərini qoruyub-saxlayır və inkişaf etdirirlər.

Daha sonra tədbirdə rayon təşkilatının gənclər birliyinin sədri Ramin Həsənov, tarix müəllimi İranə Əlizadənin, Zərifə Əliyeva adına liseyin tarix müəllimləri Aytən Məmmədova və Vüqar İsrafilov mövzu ətrafında çıxışlar ediblər.

Ü.ƏSGƏROV

Digər xəbərlər